Robert Levandovski karyerasını bitirəcəyi tarixi açıqladı

Robert Levandovski karyerasını bitirəcəyi tarixi açıqladı

İspaniyanın "Barselona" klubunun və Polşa millisinin hücumçusu Robert Levandovski karyerasını bitirəcəyi tarixi açıqlayıb.

 

Sfera.az "Forbes"ə istinadən məlumatına görə, 36 yaşlı futbolçu daha 2-3 il oynamaq niyyətində olduğunu deyib.

 

"Yaşımı nəzərə alaraq bilirəm ki, 2-3 il ərzində karyeram başa çatacaq. Mən butslarımı mismardan asmaq vaxtının gəldiyini deyəcək yeganə insan olmaq istəyirəm. Bir gün oyanıb məşqə getmək istəmədiyimi hiss edəndə, bu, karyeramı bitirmək üçün ilk siqnal olacaq. Hələlik hər səhər heç bir ağrı hiss etmədən oyanıram. Ümid edirəm ki, belə də davam edəcək. Mən hələ də məşqləri və klubda olmağı sevdiyimi hiss edirəm", - deyə o bildirib.

 

Qeyd edək ki, R.Levandovskinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. O, cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 17 oyunda 19 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...