"Sarayda kabuslarla yaşayıram"
15:11 / 05.01.2017
958
İsveç kraliçası Silviya maraqlı açıqlamalar edib.
Ölkə.Az xəbər verir ki, kraliça sarayda kabusların olduğuna inandığını bildirib.
Silviya İsveçin Drottingholm şəhərindəki sarayda yaşayır. O, sarayda kabusların olduğunu, amma onu qorxutmadıqlarını qeyd edib.
Saray 17-ci əsrdə inşa edilib. Kraliça Silviya və kral 16-cı Qustav bu sarayda yaşayır.
73 yaşlı kraliçanın kabus iddialarına bacısı şahzadə Kristina da dəstək verir. Kristina deyib: "sarayda çox böyük enerji var.
Bu enerjinin fərqli formalara bürünməməsi qəribə olardı".
Kral ailəsinin bu iddiaları İsveç mətbuatında lağ mövzusuna çevrilib.