Azərbaycan millisinin məşqçisi: "İrlandiyaya qələbə üçün gəlmişik"

Azərbaycan millisinin məşqçisi: "İrlandiyaya qələbə üçün gəlmişik"

Səfərə qələbə üçün gəlmişik.

 

Sfera.az xəbər verir ki, bunu "Report"a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Anar Sarıyev İrlandiyaya qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.

 

Mütəxəssis bu qarşılaşmada qalib gəlməli olduqlarını bildirib:

 

"Artıq Dublin şəhərindəyik. Sabah vacib matça çıxacağıq. Qələbə qazanmalıyıq. Komanda olaraq hamımız buna nail olacağımıza inanırıq. Düşünürəm ki, oyunçular da görüşə hazırdılar. İrlandiya yaxşı kollektivdir. Aqressiv və sürətli basketbolçuları var. Çox çətin olacağını bilirik. Amma səfərə qələbə üçün gəlmişik".

 

Qeyd edək ki, noyabrın 21-də Dublindəki Milli Basketbol Arenasında təşkil olunacaq İrlandiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İki qarşılaşmadan sonra yığmamız 3 xalla ikinci pillədə qərarlaşıb. Lider İsveçrənin 4, üçüncü yerdəki Kosovonun 3, İrlandiyanın isə 2 xalı var.


OXŞAR XƏBƏRLƏR

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...