Samir Nuriyev UN-HABITAT-ın icraçı direktoru ilə görüşdü - FOTO

Samir Nuriyev UN-HABITAT-ın icraçı direktoru ilə görüşdü - FOTO

Noyabrın 19-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Anaklaudia Rossbaxın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, görüşdə A.Rossbax COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə Azərbaycanı təbrik edib və sədrlik fəaliyyətində ölkəmizə müvəffəqiyyətlər arzulayıb.

 

S.Nuriyev Azərbaycan ilə UN-HABITAT arasında əməkdaşlığı və ölkəmizin COP29 Sədrliyinin fəaliyyət gündəliyinin prioritetləri sırasında urbanizasiya mövzusunun yer almasını məmnunluqla qeyd edib.

 

Görüşdə Azərbaycan ilə UN-HABITAT arasında həyata keçirilmiş faydalı əməkdaşlıq çərçivəsində 2022-ci ildə Ağdam şəhərində, 2023-cü ildə Zəngilanda Milli Şəhərsalma forumlarının və Bakıda "Ümumdünya Məskunlaşma Günü" tədbirlərinin uğurlu təşkili vurğulanıb.

 

S.Nuriyev qlobal və regional tədbirlərin yüksək səviyyədə təşkil edilməsində böyük təcrübəyə malik Azərbaycanın 2026-cı ilin mayında BMT-nin ən vacib tədbirlərindən biri olan 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsinin Azərbaycan ilə UN-HABITAT arasında səmərəli əməkdaşlığın təzahürü olduğunu bildirib.

 

A.Rossbax ölkəmizin UN-HABITAT-ın fəaliyyətinə göstərdiyi dəstəyi və verdiyi könüllü maliyyə töhfələrini yüksək qiymətləndirib.

 

Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasından, orada keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində aparılan işlərdən bəhs olunub, UN-HABITAT ilə bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Bundan əlavə, 2026-cı ildə Bakıda keçirilməsi planlaşdırılan Ümumdünya Şəhərsalma Forumu ilə əlaqədar hazırlıq işlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

 


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...