Gənc qız özünü binadan atdı
Hadisə
13:51 / 05.01.2017
2014
Bakıda gənc qız özünü binanın 4-cü mərtəbəsindən yerə atıb
Sfera.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 21 yaşlı F.S. İnşaatçılar prospekti 38 nömrəli binanın 4-cü mərtəbəsindən özünü yerə atıb. Yaralı binada yaşayanların köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları F.S.-nın intihar etmək məqsədilə özünü binanın 4-cü mərtəbəsindən yerə atdığını müəyyənləşdirib.
Faktla bağlı araşdırma aparılır.