"Proseslər göstərir ki, artıq Tramp da Bayden kimi düşünür, Rusiya üçün..." - AÇIQLAMA

"Proseslər göstərir ki, artıq Tramp da Bayden kimi düşünür, Rusiya üçün..." - AÇIQLAMA

“Rusiya üçün hər şey o qədər sadə olmayacaq”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Rusif Məmmədsoy deyib. O, son proseslər barədə danışıb.

 

“Xronoloji və məntiqi ardıcıllığa baxaq. Tramp Putinə zəng edib və Peskovun açıqlamalarına inansaq, Rusiya prezidenti Trampın "geri çəkil" təklifini qəbul etməyib. Digər tərəfdən, Co Bayden Trampla görüşüb və şübhəsiz ki, təbriklə, təhvil-təslimlə yanaşı, Ukrayna məsələsi də müzakirə edilib. Olaf Şolts Putinə zəng edib və o da istənilən nəticəni ala bilməyib. Nəhayət, Putin “savaşa davam” deyib.  Xülasə, nəticə etibarilə Ukraynaya ballistik raketlərlə bağlı icazə verilib və Ukrayna Bryanskı vurub”.

 

Ekspert qeyd etdi ki, Trampın bu prosesdən xəbərdar olduğunu düşünmək olar:

 

“Fikrimcə, hətta o, qərar verən şəxslərdən biridir. Yəni bundan sonra Rusiya üçün hər şey asan olmayacaq”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...

Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Suriyada küçələr və meydanlar ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmə qərarından sonra bayram əhval-ruhiyyəsi ilə dolub-daşdı.   Sfera.a...

Günahsız olduğu bilindi - 38 ildən sonra azadlığa buraxıldı - FOTO

1987-ci ildə törədilən qətldə təqsirləndirilərək 38 il həbsdə saxlanılan Böyük Britaniya vətəndaşı 68 yaşlı Piter Sallivanın cinayət hökmü yeni genetik sübutlar...