Kərim Vəliyev Pakistandadır - FOTOLAR

Kərim Vəliyev Pakistandadır - FOTOLAR

Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistanda keçirilən “IDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak etmək üçün bu ölkəyə səfər edib.

 

Sfera.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, K.Vəliyevin rəhbərlik etdiyi, Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin yüksəkrütbəli hərbi qulluqçularının da olduğu nümayəndə heyəti sərgidə nümayiş etdirilən müdafiə və təhlükəsizlik texnologiyaları, müxtəlif təyinatlı silah və hərbi texnika nümunələri ilə tanış olub.

 

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın Strateji Planlar Departamentinin Baş direktoru general-leytenant Yusuf Camal ilə görüşüb. Görüşdə hərbi, hərbi-texniki sahədə əməkdaşlığa dair müzakirələr aparılıb.

 

38 ölkənin, 350-dən artıq beynəlxalq nümayəndə heyətinin iştirakı ilə Kəraçi Ekspo Mərkəzində keçirilən sərgi çərçivəsində, həmçinin konfranslar və seminar təşkil olunacaq.

 

Qeyd edək ki, “IDEAS 2024” beynəlxalq sərgisi sülhün, stabilliyin və tərəqqinin birgə baxışını özündə ehtiva edir.

 





OXŞAR XƏBƏRLƏR

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...