Mədəniyyət naziri İordaniya şahzadəsi ilə görüşdü

Mədəniyyət naziri İordaniya şahzadəsi ilə görüşdü

Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 16-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, xanım Dana Firas arasında görüş keçirilib.

 

Mədəniyyət Nazirliyindən Sfera.az-a verilən məlumata görə, qonağı salamlayan nazir bu mötəbər tədbirdə fəal iştirakına görə təşəkkürünü bildirib. Qeyd olunub ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan yaxşı əməkdaşlıq əlaqələri mövcuddur. Mədəniyyət sahəsində əlaqələri inkişaf etdirmək üçün də geniş perspektivlər var.

 

Xanım şahzadə ölkəmizə səfər etməsindən və yüksək səviyyədə təşkil olunan COP29 tədbirində iştirakından məmnunluğunu dilə gətirib. O, ötən axşam Azərbaycan Dövlət Pantomima Teatrında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinin motivləri əsasında hazırlanan "Manqurt" tamaşasını maraqla izlədiyini, aktyorların ifasının onda dərin təəssürat doğurduğunu deyib.

 

Söhbət zamanı COP29 çərçivəsində müzakirə olunan məsələlər, eləcə də iqlim və mədəni irs gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...