Azərbaycanda Qarabağ mövzusunda filmlərin çəkilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Azərbaycanda Qarabağ mövzusunda filmlərin çəkilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyidə fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) yarandığı gündən vətənpərvərlik sahəsində, o cümlədən İkinci Qarabağ savaşı mövzusunda olan bədii, sənədli və animasya filmlərinin istahsalına hər zaman diqqət ayırıb və bu cür layihələri dəstəkləməkdə davam edir”. 
 

Bu barədə Sfera.az-a ARKA-dan məlumat verilib.
 

Məlumatda bildirilib ki, ARKA tərəfindən elan olunan müsabiqələrdə, həmçinin birgə istehsal edilən yerli və beynəlxalq layihələrdə 44 gün sürən Vətən Müharibəsinə həsr oluan filmlər də yer almaqdadır:
 

“Qarabağ müharibəsi mövzusunda olan rejssor Amil Məmiyevin “Arılar və qəbirlər”, rejssor Orman Əliyevin “Borc”, rejissor İsmayıl Səfərəlinin “Mənə bənzər adam”, rejissor Xəyyam Abullayevin “Ağalı” tammetrajlı bədii filmləri, rejissor Fariz Əhmədovun “Ölüm axtaran qadın” tammetrajlı sənədli filmi, rejissor Etibar Məmmədovun “Müharibənin gözləri” və rejisor Murad Muradovun “Danışır və göstərir Şuşa” qısametraj sənədli filmləri, rejissor Məsud Pənahinin “Narqız” və  rejissor Firəngiz Qurbanovanın “Nağıl istəyirəm!” qısa animasiya filmləri istehsal prosesindədir.
 

Post-prodakşna dəstək müsabiqəsi çərçivəsində eyni mövzuya həsr olunan rejissor Elməddin Alıyevin “Geri dönüş” və rejissor Tahir Əliyev “Səssiz zaman” tammetraj sənədli filmlərinin istehsalı bitmək üzrədir.
 

Eyni mövzuya həsr olunan və ssenariyə dəstək istiqaməti üzrə “Əlvida. Noyabr” tammetrajlı bədii filminin ssenarisi də artıq yekunlaşıb. 44 gün sürən Vətən Müharibəsinə həsr oluan rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” qısametraj bədii filmi isə 2 avqust Azərbaycan Kinosu Günündə tamaşaçılara təqdim olunub.  
 

Bundan başqa “44" tammetrajlı bədii, "Yaddaş" və "Neytral zonanın sonuncu sakini" qısametrajlı bədii filmlərinin istehsal edilməsi üçün səndələşmə prosesi həyata keçirilir.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi hər zaman Qarabağ müharibəsinə həsr oluan film layihələrini əsas istmət kimi diqqət mərkəzində saxlayır və həmişə belə olacaq. Müharibənin ağrı-acıları hər an yaddaşımızdadır. Qarabağ zəfəri yaradıcı şəxsləri, rejissor və ssenaristləri daima bu mövzuda çalışmağa sövq edir. 


Müəlliflər şablon sujet və hadislərədən kənara çıxmağa çalışır, öz yaradıcılıq potensialını ortaya qoyaraq fərqli layihələrlə kinosevərlərin qarşısına çıxır. Müəyyən vaxt keçdikdən sonra müharibənin kinematoqrafik təqdimatı daha mükəmməl forma və məzmunla yerli kinematoqrafçılar tərəfindən təqdim olunan filmlərdə daha da çox hiss olunacaq”.






























OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...