Zakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşüb

Zakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşüb

Oksford Universitetinin (Saïd Business School) dəstəyi və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə “İqlimin İdarəolunması Məktəbi” öz işinə başlayıb.

 

Sfera.az xəbər verir ki, proqram çərçivəsində şəhərimizə təşrif buyuran beynəlxalq ekspertlər Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüblər.


Görüşdə SDU-nun rektoru Rüfət Əzizov da iştirak edib. Zakir Fərəcov qonaqları salamlaraq Sumqayıtın dinamik inkişafı və şəhərdə həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat verib. O, Sumqayıt Dövlət Universitetinin həyata keçirdiyi layihələrin şəhərin inkişafına da mühüm töhfələr verdiyini qeyd edib. Bu cür beynəlxalq əməkdaşlıqların şəhərin və regionun dayanıqlı inkişafında mühüm rol oynadığını vurğulayıb.


Oksford Universitetinin professorları Sumqayıta səfərlərindən məmnunluqlarını ifadə edərək, şəhərin dinamik inkişafı və müasir infrastruktur layihələri barədə təsuratlarını bölüşüblər. Xüsusilə Sumqayıtda sənaye müəssisələri, dövlət orqanları və təhsil müəssisələrinin uğurlu əməkdaşlığının faydalarını qeyd ediblər. SDU-da təşkil olunan proqram çərçivəsində iqlim dəyişikliyinin idarə olunması ilə bağlı uğurlu layihələrlə tanış olduqlarını bildiriblər və burada əldə etdikləri nümunəvi halları digər ölkələrdə də bölüşəcəklərini qeyd ediblər. Beynəlxalq əməkdaşlıq layihələrinin həm təhsil, həm də sənaye sahəsində innovativ həllərin tətbiqinə təkan verdiyini vurğulayıblar.


Görüş zamanı qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Zakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşübZakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşübZakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşüb


OXŞAR XƏBƏRLƏR

Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım etdi - FOTO

"Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticəl...

Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı

Bakıda Azərbaycanın və Ukraynanın xarici işlər nazirlikləri arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib.   Bu barədə Sfera.az-a Azə...

"Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa d...

İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib - FOTO

“Azərsun Holdinq” şirkətlər qrupu “Azərşəkər” və “Evim” markalı qənd məhsullarının istehsal edildiyi İmişli Kəllə Qənd Zavod...

Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının iyulun 4-də keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, gündəliyə 17...

Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək

Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək.   Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gü...