İlham Əliyev Kuala Lumpurun meri ilə görüşdü

İlham Əliyev Kuala Lumpurun meri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, Maimuna Mohd Şərif Prezident İlham Əliyevə COP29-da yerli icmalar statusunda Kuala-Lumpur şəhərinin meri kimi çıxış etməsinə yaradılan imkana və COP29-da Azərbaycanın sədrliyi yanında yaradılmış Məşvərət Şurasına daxil edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

 

Qonaq COP29-un yüksək səviyyədə təşkili ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

 

Söhbət zamanı Maimuna Mohd Şərifin UN-HABITAT rəhbəri olduğu dövrdə Azərbaycan ilə bu qurum arasında əməkdaşlığın inkişafına verdiyi töhfə qeyd olundu, ölkəmizin 2026-cı ildə BMT-nin ən vacib tədbirlərindən biri olan Dünya Urban Forumuna ev sahibliyi edəcəyi məmnunluqla vurğulandı və buna hazırlıq prosesinin artıq başlanıldığı bildirildi.

 

Görüşdə Bakının və ölkəmizin digər şəhərlərinin inkişafı kontekstində Azərbaycanın urban planlaşdırma və urbanizasiya sahəsində nailiyyətləri xüsusilə qeyd olundu, işğaldan azad edilmiş ərazilərimizdə şəhərlərin və kəndlərin qurulması prosesindəki təcrübəsi vurğulandı.

 

Söhbət zamanı Bakı və Kuala-Lumpur arasında əməkdaşlığın inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparılması məsələsinə toxunuldu, Bakının və Kuala-Lumpurun qardaşlaşmış şəhərlər kimi əlaqələrinin qurulması istiqamətində fikir mübadiləsi aparıldı.

 

Bütövlükdə, Azərbaycan ilə Malayziya arasında dost münasibətlərinin olduğu, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədikləri qeyd edildi. Siyasi əlaqələrimizin ruhuna uyğun olaraq iqtisadiyyat, ticarət, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.


OXŞAR XƏBƏRLƏR

"Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa d...

İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib - FOTO

“Azərsun Holdinq” şirkətlər qrupu “Azərşəkər” və “Evim” markalı qənd məhsullarının istehsal edildiyi İmişli Kəllə Qənd Zavod...

Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının iyulun 4-də keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, gündəliyə 17...

Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək

Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək.   Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gü...

Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul etdi

İyunun 30-da elm və təhsil naziri Emin Əmrullayev Daşkəsən şəhərində vətəndaş qəbulu keçirib.   Elm və Təhsil Nazirliyindən Sfera.az-ya verilən məlum...

“Kapital Bank”da yeni təyinatlar- FOTO

“Kapital Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə bankda bir neçə yeni təyinat baş tutub. Belə ki, İdarə Heyətinin üzvü Baş Risk İnzibatçısı Cavi...