Azərbaycan və Pakistan arasında MEMORANDUM İMZALANDI

Azərbaycan və Pakistan arasında MEMORANDUM İMZALANDI

Regional ticarət və investisiyaların artırılması istiqamətində mühüm addım olaraq Pakistan Biznes Forumunun vitse-prezidenti və Matrix Global şirkətinin prezidenti Amna Münavvar Avan və Rəqəmsal Diplomatiya Mərkəzinin Asiya və Azərbaycan üzrə direktoru Babək Hüseynli ilə təməlqoyma memorandumu imzalayıb.

 

Sfera.az bildirir ki, iqtisadi diplomatiyanın inkişafı məqsədi ilə imzalanan saziş “Sunridge Foods Pvt Ltd” şirkətinin yüksək keyfiyyətli qida məhsullarının Azərbaycan və Mərkəzi Asiya Respublikalarına ixracını həyata keçirilməsində xüsusi rol oynayacaq.

 

Bu əməkdaşlıq uğurlu ticarət şəbəkəsinin formalaşdırılması üçün zəmin yaradacaqdır. Azərbaycan şirkəti Pakistanın ticarət mallarını, o cümlədən Sunridge məhsullarını nümayiş etdirmək üçün Azərbaycanda anbar, ticarət vitrini və ofislə təmin edəcək. Eyni zamanda, Matrix Global-ın İslamabad ofisi regional əlaqəni inkişaf etdirmək və qüsursuz ticarət əməliyyatlarını dəstəkləmək üçün əsas rol oynayacaq və Azərbaycan məhsullarının Pakistanda tanıdılması məqsədi ilə müxtəlif fəaliyyətlər həyata keçirəcəkdir.

 

Mətubata çıxışında Amna Munavwar Awan bu Anlaşma Memorandumunun ikitərəfli ticarətin, iqtisadi əlaqələrin təşviqində və investisiyaların cəlb edilməsində transformasiya potensialının əhəmiyyətini xüsusi olaraq vurğuladı.

 

Gözlənilən ticarət həcmi milyonlarla dolları keçən bu tərəfdaşlıq Pakistan, Azərbaycan və Mərkəzi Asiya arasında rifahın yeni yollarını açmağa və əlaqələri dərinləşdirməyə imkan yaradacaqdır.

 

Bu təşəbbüs təkcə iqtisadi diplomatiyanın gücləndirilməsi öhdəliyi ilə məhdudlaşmır, eyni zamanda Pakistanın regional ticarət və ticarətdə əsas oyunçu kimi rolunu gücləndirəcəkdir.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...