Millət vəkilləri Kiprdə Azərbaycan ziyalıları ilə görüşdü – FOTOLAR

Millət vəkilləri Kiprdə Azərbaycan ziyalıları ilə görüşdü – FOTOLAR

Kuzey Kıbrıs Türk Cümhuriyyətində səfərdə olan Milli Məclis üzvləri Cavanşir Feyziyev və Tural Gəncəliyev bu ölkədə yaşayan Azərbaycan ziyalıları ilə görüşüblər.

 

Görüş Girne şəhərində yerləşən və bu ilin əvvəllərindən fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət mərkəzində baş tutub. Görüşdən əvvəl millət vəkilləri və görüş iştirakçıları Heydər Əliyevin Mədəniyyət Mərkəzinin önündə ucaldılmış büstü qarşısına gül dəstələri düzərək Ulu Öndərin xatirəsini hörmətlə yad ediblər. Daha sonra Mədəniyyət Mərkəzinin rəhbəri Orxan Hasanoğlu Mədəniyyət mərkəzinin fəaliyyəti haqqında danışıb və görüş iştirakçılarının hər biri barədə millət vəkillərinə qısa məlumat verib.

 

Cümhuriyyətin elan olunmasının 41- ci ildönümü ilə bağlı keçirilən dövlət tədbirlərində iştirak etmək üçün bu ölkəyə gəldiklərini bildirən millət vəkili Cavanşir Feyziyev burada yaşayan Azərbaycanlılarla bir arada olmaqdan məmnunluğunu ifadə edib. Görüşdə iştirak edən Azərbaycanlı Universitet professorları, müəllimlər və həkimlər, hüquqşünaslar, rəssamlar və iş adamları iki ölkə arasında münasibətlərin inkişafından, xüsusilə Parlamentlər arası işçi qrupun yaradılmasından razı qaldıqlarını və ikitərəfli münasibətlərin dərinləşməsinə öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər. Parlamentlər arası İşçi qrupun rəhbəri, millət vəkili Cavanşir Feyziyev görüş iştirakçıları qarşısında çıxış edərək Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə əlaqələrimizin ortaq tariximizə və mədəniyyətimizə söykəndiyini vurğulayıb. Millət vəkili qeyd edib ki, bu türk ölkəsinin hazırki beynəlxalq statusunun qeyri- müəyyən olmağına baxmayaraq Kıbrıs türkləri də böyük türk dünyasının bir parçasıdır.

 

Millət vəkili soydaşlarımızın bu ölkədə əmin- amanlıq şəraitində yaşayıb işləməsini təqdir edib və soydaşlarımızı ölkənin ictimai- siyasi həyatında daha yaxından iştirak etməyə çağırıb. Görüşün sonunda Mədəniyyət Mərkəzinin önündə xatirə fotoları çəkilib

.

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...