LEYSAN YAĞACAQ - Sabahın havası açıqlandı

LEYSAN YAĞACAQ - Sabahın havası açıqlandı

Noyabrın 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

 

Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib - FOTO

“Azərsun Holdinq” şirkətlər qrupu “Azərşəkər” və “Evim” markalı qənd məhsullarının istehsal edildiyi İmişli Kəllə Qənd Zavod...

Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının iyulun 4-də keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, gündəliyə 17...

Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək

Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək.   Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gü...

Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul etdi

İyunun 30-da elm və təhsil naziri Emin Əmrullayev Daşkəsən şəhərində vətəndaş qəbulu keçirib.   Elm və Təhsil Nazirliyindən Sfera.az-ya verilən məlum...

“Kapital Bank”da yeni təyinatlar- FOTO

“Kapital Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə bankda bir neçə yeni təyinat baş tutub. Belə ki, İdarə Heyətinin üzvü Baş Risk İnzibatçısı Cavi...

Bakıda saxlanılan "Sputnik" əməkdaşlarının adı məlum oldu

Xəbər verdiyimiz kimi, "Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan iki nəfər saxlanılıb.   Sfera.az xəbər v...