“Azərişıq” və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” arasındamemorandum imzalandı

“Azərişıq” və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” arasındamemorandum imzalandı

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizdə səfərdə olan “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbəri Altınbek Rısbekov arasında görüş baş tutub. Görüş zamanı qurumlar arasında əməkdaşlıq perspektivləri, yaşıl enerjiyə keçid, yeni texnologiyalar ətrafında geniş fikir mübadiləsi aparılıb. 

 

Sfera.az xəbər verir ki, qonaqlara paylayıcı şəbəkələrdə tətbiq olunan yeniliklər, o cümlədən rəqəmsal şəbəkələr, 35/04 kV-luq şəbəkələrə keçid, Enerji Doldurma Məntəqələrinin vahid platforma üzərindən idarə olunması və digər müasir texnologiyaların paylayıcı şəbəkələrdə tətbiqi haqqında geniş məlumat verilib, əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Tərəflər arasında baş tutan işgüzar görüşdə “Azərişıq” ASC və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbərliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən sənəddə innovativ texnologiyalar, yaşıl texnologiyalar, rəqəmsal transformasiya və şəbəkələrin etibarlılığının, dayanıqlılığının artırılması mövzuları əksini tapıb. Bu istiqamətlər üzrə hər iki ölkənin paylayıcı şəbəkələri beynəlxalq təcrübədən yararlanmağı qarşısına məqsəd qoyub. Həmçinin bilik və bacarıqlarını daha da inkişaf etdirmək üçün gələcəkdə mütəxəssislərin davamlı görüşləri də nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...