Sabah banklar işləyəcək? - AÇIQLAMA

Sabah banklar işləyəcək? - AÇIQLAMA

Sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək.

 

Sfera.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

 

Belə ki, COP29 konfransının gündəliyinə əsasən 17 noyabr istirahət günündə tədbir iştirakçılarının zəruri maliyyə xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə Bakının mərkəzində və bir sıra regionlarda 18 bankın 84 xidmət nöqtəsi (o cümlədən, 5 bank üzrə 9 xidmət nöqtəsi 24 saat rejimində olmaqla), eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək.

 

Həmçinin qeyd olunan tarixdə AMB-nin Mərkəzi Bankın 966 Qaynar xətti vətəndaşlara 09:00 – 17:00 saatları (13:00 – 14:00 fasilə) ərzində xidmət göstərməyə davam edəcək.

 

17 noyabr tarixində xidmət göstərəcək maliyyə institutlarının iş qrafiki ilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:

 

//uploads.cbar.az/press-releases/c00847ed221cddde6a2b250ff.pdf

 

//uploads.cbar.az/press-releases/d23208f97a7d7c11ceb58f765.pdf

 

//uploads.cbar.az/press-releases/829297ac8cc83359878574d4e.pdf


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...