Silvestr Stallone Trampı ikinci Corc Vaşinqton adlandırdı

Silvestr Stallone Trampı ikinci Corc Vaşinqton adlandırdı

Hollivud döyüş filmlərinin əfsanəsi 78 yaşlı Silvestr Stallone Florida ştatındakı Mar-a-Laqo malikanəsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qonağı olub.

 

Sfera.az bildirir ki, aktyor Trampın Palm Beachdəki dəbdəbəli malikanəsində təşkil etdiyi Amerika Siyasət İnstitutunun qalasında iştirak edib. İtalyan əsilli aktyor Rokki Balboa, İsa Məsih və Tramp arasında müqayisə apararaq Amerikanın indi yeni həqiqi lideri olduğunu deyib.

 

Qeyd edək ki, Stallone heç vaxt respublikaçılara rəğbətini gizlətməyib. 2016-cı ildə ilk prezidentlik kampaniyası zamanı da Trampı dəstəkləyib.

 

O, müsahibəsində hazırkı qəbulda Silvestr toplaşan ictimaiyyət qarşısında siyasətçiyə hörmətini bəyan edib, hətta müqayisə və paralellər aparıb.

 

"Biz həqiqətən mifik bir personajın qarşısındayıq. Mən mifologiyanı sevirəm. Onun etdiyini dünyada heç kim edə bilməzdi. Corc Vaşinqton da ölkəsini müdafiə etdi, o, dünyanı dəyişdirəcəyini bilmirdi” - deyə bildirib.

 

Bundan əlavə, aktyor, İsa Məsih, onun qəhrəmanı Rokki Balboa və Trampın özü arasında əlaqələr görüb.

 

Əvvəllər Donald Tramp Stallonenin televiziyada mümkün uğurlarına açıq paxıllıq edirdi. Oktyabr ayında "Möcüzələr ölkəsində şagird: Donald Tramp və Mark Burnett Amerikanı əsir götürdülər" kitabının nəşrindən sonra “Variety” jurnalının baş redaktoru Ramin Setoodeh Trampın müsahibələri zamanı Stalloneyə qarşı qısqanclığını ifadə etdiyini xatırladıb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

İki nəfər Qax sakininə it hücum edib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Cüdüllü kəndində fermada baş verib.  ...