"ABŞ Ukraynaya lazımi hərbi dəstək göstərməsə, Aİ ilə münasibətləri pisləşəcək" - ŞƏRH

"ABŞ Ukraynaya lazımi hərbi dəstək göstərməsə, Aİ ilə münasibətləri pisləşəcək" - ŞƏRH

Məlum olduğu kimi, bir müddət öncə Tramp ABŞ-nin yeni prezidenti seçildi. Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson isə bildirmişdi ki, ABŞ-də Donald Tramp yenidən prezident seçilərsə, Böyük Britaniya Ukraynaya hərbi qüvvə göndərə bilər. 

 

Maraqlıdır, bu hadisələr fonunda Ukrayna-Rusiya müharibəsinin gedişatı necə dəyişəcək?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ukrayna müharibəsində Böyük Britaniyanın rol alması müharibənin gedişini dəyişəcək.Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi yaz aylarında danışıqlar prosesinə keçə bilər:

 

“Xüsusilə ABŞ Prezidenti D. Tramp müharibənin dayandırılması istiqamətində ciddi addımlar atmayacaq. Rusiya mart ayına kimi yeni ərazilər ələ keçirmək üçün hücum əməliyyatlarını intensivləşdirəcək. Avropa ölkələrinin gələn ildən Ukraynaya döyüşçülər göndərməsi istiqamətində konsensusa gəlməsi gözlənilir. Müharibə Rusiyanın üstünlüyü ilə davam edəcəksə, Avropa ölkələrinin təhlükəsizliyi təhdid altında olacaq. Avropa ölkələri D. Trampın Ukrayna siyasətindən narahatdır”. 

 

Politoloq qeyd etdi ki, əgər Vaşinqton Ukraynaya lazımi hərbi dəstək göstərməsə, Avropa İttifaqı ilə ABŞ münasibətləri zəifləyəcək:

 

“Ukrayna müharibəsində həlledici dövlət Böyük Britaniyadır. Avropa ölkələrinin Ukrayna müharibəsi ətrafında vahid şəkildə birləşməsində Londonun mühüm addımlar atması gözlənilir. Bunun da Rusiya üçün ciddi nəticələri olacaq. ABŞ-nin formalaşdırdığı, 50+ ölklərini birləşdirən "Ramştaym" formatı özünü doğrultmadı”.


 
M.Əsədullazadə sonda vurğuladı ki, ABŞ Ukraynada müharibənin davam etməsində maraqlıdır:

 

“Ona görə də ABŞ-nin müharibənin dondurulması istiqamətində addımlar atması istisna deyil. Böyük Britaniya Ukrayna müharibəsində yeni rol alacaqsa, Rusiyanın məğlubiyyəti qaçılmaz ola bilər”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

İki nəfər Qax sakininə it hücum edib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Cüdüllü kəndində fermada baş verib.  ...