Bakıda “Yaşıl artım portalı” təqdim edildi

Bakıda “Yaşıl artım portalı” təqdim edildi

Bakıda COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin və ABŞ-ın Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal “Yaşıl artım portalı”nın təqdimatı keçirilib.

 

Sfera.az bu barədə nazirliyə istinadən xəbər verir.

 

Məlumata görə, tədbirdə nazir Mikayıl Cabbarov portalın dayanıqlı inkişafa nail olmaq üçün qlobal əməkdaşlıqda əhəmiyyətini vurğulayıb. O, bu təşəbbüs vasitəsilə iqtisadiyyatda yaşıl keçid strategiyalarının fundamental tədqiqatlara əsaslanacağını diqqətə çatdırıb, qeyd edib ki, “Yaşıl artım portalı” qlobal enerji keçidi iştirakçılarına hər bir ölkənin yaşıl inkişaf imkanlarını müəyyən etməyə və ondan faydalanmağa kömək edəcək.

 

SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov şirkətin “xalis sıfır” hədəfi götürdüyünü vurğulayıb. O, bu məqsədlə karbonsuzlaşma, enerji keçidi və aşağı karbon həllərinin tətbiqi üzrə görülən işlər barədə məlumat verib, yeni portalın SOCAR-ın enerji transformasiyasına da töhfə verəcəyini qeyd edib.

 

“Growth Lab”ın təsisçisi və direktoru Rikardo Hausmanın tədbir iştirakçılarına videomüraciəti dinlənilib. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə karbon emissiyalarının azaldılmasının, bərpaolunan enerjinin təşviqinin mühüm rolu vurğulanıb. “Yaşıl artım portalı”nın yaşıl texnologiya üzrə təchizat zəncirləri və texnoloji həllərin sistemləşdirilməsi vasitəsilə yaşıl keçidin iqtisadi faydalarını maksimum dərəcədə artırmağı hədəflədiyi qeyd olunub.

 

“Growth Lab”ın baş tədqiqat meneceri Timoti Çeston “Yaşıl artım portalı” barədə iştirakçılara məlumat verib. Onlayn portalın Harvard Universitetinin 250 ölkə və iqtisadi regionu, həmçinin 1,7 milyon istifadəçini əhatə edən “İqtisadi Mürəkkəblik Atlası”na (Atlas of Economic Complexity) inteqrasiyası nəzərdə tutulub. Burada beynəlxalq təşkilatlar və müxtəlif ölkələrdən əldə edilən məlumatlara əsasən hazırlanmış təhlillər və müqayisəli məlumat bazaları öz əksini tapacaq.

 

Layihənin 2025-ci ildə tam olaraq fəaliyyətə başlaması planlaşdırılır. Portaldan istifadə ödənişsiz olacaq.

 

Dövlət, özəl sektor, beynəlxalq təşkilatlar, biznes assosiasiyaları, akademik dairələr və maliyyə institutlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR

Müdiri ilə mübahisə etdikdən sonra 30 il ərzində şiddətli depressiyaya düşüb

Çinin Henan əyalətindən olan Vanq adlı 70 yaşlı kişi müdirinin haqsız yerə töhmətinə məruz qaldıqdan sonra illərlə depressiya və yuxusuzluqdan əziyyət çəkib. Bu...

Bu dərmanlar əqli pozğunluğu azaldır - ARAŞDIRMA

Ürək-damar xəstəlikləri üçün dərmanlar demensiya riskini azalda bilər.    Sfera.az xəbər verir ki, bu barədə Alzheimer's & Dementia jurn...

300 qəzəbli meymun qaçaraq polis bölməsinə hücum etdi - FOTO

Tailandda 300 meymun polis idarəsinə hücum edib.    Sfera.az bildirir ki, hadisə noyabrın 16-da Lopburidə baş verib. 300-ə yaxın aqressiv meymun...

Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini inkar etdi: “Dezinformasiyadır"

"Politico”nun Avropa nəşrində "Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir” dezinformasiyanın çirkin nümunəsindən başqa...

Karolin Levitt: Tramp sülhü bərpa edəcək

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dünyada sülhü bərpa etməyə çalışacaq.    Sfera.az xəbər verir ki, bu barədə Trampın seçki kampaniy...

İsrail Livana hava zərbələri endirdi: 50-yə yaxın ölən var

İsrailin Livanın şərqindəki Baalbek şəhəri yaxınlığındakı bir neçə qəsəbəyə endirdiyi aviazərbələr nəticəsində azı 47 nəfər həlak olub.   Sfera.az xə...