Neft və qazın ucuzlaşması vergi yığımlarına təsir edib - RƏQƏMLƏR

Neft və qazın ucuzlaşması vergi yığımlarına təsir edib - RƏQƏMLƏR

2024-cü ildə Azərbaycan Dövlət Vergi Xidmətinin (Xidmət) xətti ilə vergi yığımlarında qismən azalma qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, buna səbəb neft-qaz sektoru üzrə vergi yığımlarında ciddi azalmanın baş verməsidir.

 

Xidmətin məlumatına əsasən, bu ilin yanvar-oktyabr ayları ərzində 14 milyard 148 milyon manatdan çox vergi toplanıb. Toplanan verginin məbləği ötənilki göstərici ilə müqayisədə 445,5 milyon manat azdır.

 

Ümumi vergi yığımlarının azalmasına neft-qaz sektorundakı vəziyyət güclü təsir edib. 2024-cü ilin ilk 10 ayı ərzində Xidmətin xətti ilə neft-qaz sektorundan 4,597 milyard manat vergi toplanıb. Ötən il xidmətin xətti ilə neft-qaz sektorundan 6,206 milyard manat vergi toplanmışdı. Bir il əvvəlki dövrlə müqayisədə vergi yığımlarında 1,609 milyard manat, yəni 26 faiz azalma baş verib.

 

Qeyd edək ki, neft-qaz sektoru üzrə vergi yığımının azalması neft hasilatının azalması, eləcə də neft və qaz qiymətlərinin aşağı düşməsi ilə bağlıdır. Neft-qaz sektoru üzrə vergi yığımlarının azalmasına baxmayaraq, Xidmətin xətti ilə 10 ayı ərzində toplanan vergi proqnozdan 4,4 faiz çoxdur.

 

Qeyri neft-qaz sektoru üzrə toplanan verginin məbləği isə ötən illə müqayisədə 1,16 milyard manatdan çox artıb. Bu sektor üzrə vergi yığımı 2023-cü ilin yanvar-oktyabr ayları ərzində 8,387 milyard manat olduğu halda, cari ilin eyni dövründə yığımların həcmi 9,55 milyard manatı ötüb. Bir ildə qeyri neft-qaz sahəsi üzrə vergi yığımlarında 14 faizə yaxın artım baş verib.

 

Ümumilikdə vergilərin 67,5 faizi qeyri-neft-qaz sektorunun, 32,5 faizi isə neft-qaz sektorunun payına düşüb.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

İki nəfər Qax sakininə it hücum edib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Cüdüllü kəndində fermada baş verib.  ...