Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi AÇIQLANDI

Cəmiyyət
10:39 / 15.11.2024
2739
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin yer aldığı Avropa çempionatının B qrupunun oyun təqvimi açıqlanıb.
Sfera.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmalar San Marinoda keçiriləcək.
Avropa çempionatı
B qrupu
24 yanvar
Kosovo – San Marino
25 yanvar
Azərbaycan – Kosovo
26 yanvar
San Marino – Azərbaycan
Qeyd edək ki, yalnız birinci yeri tutan komanda əsas mərhələyə vəsiqə qazanacaq və 7-ci qrupda Xorvatiya, Bosniya və Herseqovina, Türkiyə komandaları ilə qarşılaşacaq. Oyunlar martın 25-30-da Xorvatiyada keçiriləcək.