"Qarabağ"dan Fatih Terimin səfəri ilə bağlı AÇIQLAMA

"Qarabağ"dan Fatih Terimin səfəri ilə bağlı AÇIQLAMA

“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək fəxri qonaqlardan biri Fatih Terim olub. 

 

Sfera.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. 

 

Tanınmış türkiyəli mütəxəssis “Qarabağ”ın dəvəti ilə ölkəmizə gəlir. Futbol azarkeşlərinin sevimlisi olan məşqçi alyansı yaradacaq klubların nümayəndələri kimi noyabrın 15-i Bakıya təşrif buyuracaq.

 

Türkiyə millisi və “Qalatasaray”dakı uğurları ilə tanınan, “Milan” və “Fiorentina” kimi klubları çalışdırmış Terim COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansı dəstəkləmək məqsədilə ölkəmizə səfər edəcək. 

 

Mütəxəssisin alyansın yaradılması tədbirində çıxış edəcəyi gözlənilir. Terimin Bakı səfərini proqramı və KİV nümayəndələri ilə görüşü barədə əlavə məlumat ictimaiyyətə təqdim ediləcək.

 

Qeyd edək ki, “Qarabağ”, həmçinin “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq. (qol.az)


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...