Maskla İran rəsmisi arasında məxfi görüş - danışdılar?

Maskla İran rəsmisi arasında məxfi görüş - Nə danışdılar?

Amerikalı sahibkar İlon Mask İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə “The New York Times” “adı açıqlanmayan iki İran rəsmisinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, görüş Nyu-Yorkda gizli bir məkanda keçirilib və bir saatdan çox davam edib.

 

Görüşün əsas mövzusu Vaşinqton və Tehran arasında gərginliyin azaldılması yollarının müzakirəsi olub. 

 

Nəşrin həmsöhbətləri danışıqları müsbət və ümidverici kimi qiymətləndirib.

 

Lakin Maskın özü və İranın BMT-dəki missiyası vəziyyəti açıq şəkildə şərh etməkdən imtina edib.

 

Qeyd edək ki, Mask prezident seçkiləri zamanı Trampı açıq şəkildə dəstəkləyərək sponsorluq edib və kampaniyası çərçivəsində dəfələrlə mitinqlərdə çıxış edib. Bir neçə gün öncə isə ABŞ-nin yeni seçilmiş prezident Donald Tramp milyarder İlon Maskı və mühafizəkar fəal Vivek Ramasvamini Hökumətin Effektivliyi Departamentinin rəhbəri vəzifəsinə təyin edib.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...