Qapı kilidi kimi istifadə olunan mərmər büst ən azı 3 milyon dollara satılacaq

Qapı kilidi kimi istifadə olunan mərmər büst ən azı 3 milyon dollara satılacaq

Anbar qapısı kimi istifadə edilən Bouchardon büstü minimum 3,2 milyon ABŞ dollarına satıla bilər.

 

Sfera.az bildirir ki, heykəl cəmi 6 dollara alınıb və qapıları bərkitmək üçün istifadə olunub. Sonradan qiymətləndirilib və baha olduğu üçün uzun müddət satışa çıxarılmayıb.

 

May ayında Highland (Şotlandiya) şəhərinin şurası öz hesabatında xaricdən olan fərdi alıcının “Sotheby's” hərrac evi ilə əlaqə saxlayıb və büstü almaq təklifi irəli sürdüyünü bildirib. O, 2,5 milyon funt sterlinqdən çox qiymət təklif edib. İctimai müzakirələrdən sonra şuranın komitə üzvləri onun satılmasını tövsiyə ediblər.

 

Qeyd etdiyimiz kmii, büst baha olduğundan əvvəllər satışa çıxarılmayıb. 2016-cı ildə Parisdəki Luvr muzeyinə, bir il sonra isə Los-Ancelesdəki Getti Muzeyinə icarəyə verilib.

 

Büstdə 18-ci əsrin əvvəllərində fransız heykəltəraş Edme Buşardon tərəfindən yaradılmış və torpaq sahibi və siyasətçi Con Qordon təsvir edilmişdir. İnverqordon şəhəri tərəfindən alınsa da, sonradan büst itib. 1998-ci ildə isə heykəlin açıq anbar qapısı üçün saxlayıcı kimi istifadə edildiyi aşkar edilib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...