Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü


Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşdü

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, Kamran Əliyev Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Kamran Əliyev dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

 

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu bildirib.

 

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər mütəşəkkil cinayətkarlığın, o cümlədən qanunsuz fəaliyyətlərin iqlim dəyişikliyinə səbəb olması və ətraf mühitə dağıdıcı təsirləri barədə danışıb.

 

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Muhsin Şentürk iki qardaş ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirərək, münasibətlərin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyindən əminliyini ifadə edib, ölkəmizdə keçirilən ən böyük iqlim konfransı COP29 zamanı mühüm qərarlar veriləcəyinə ümidvar olduğunu bildirib.

 

Kamran Əliyev həmkarına dəvətini qəbul edərək tədbirdə nümayəndə heyəti ilə iştirakına görə təşəkkürünü ifadə edib.

 

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı da iştirak edib.


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...