GYCC Bakıda keçirilən COP29-un Mavi Zonasında pavilyonla təmsil olunub - FOTOLAR

GYCC Bakıda keçirilən COP29-un Mavi Zonasında pavilyonla təmsil olunub - FOTOLAR

Cənubi Koreya Respublikası Bakıda keçirilən COP29-un Mavi Zonasında pavilyonla təmsil olunub.
 

Sfera.az xəbər verir ki, gənclərin rəhbərlik etdiyi Cənubi Koreyanın Qlobal Gənclər İqlim Problemləri (GYCC) qeyri-hökumət təşkilatı “Yaşıl Texnologiya və İqlim Maliyyəsi” mövzusunda sessiya keçirib. 

 

Tədbirdə Koreya Respublikası Prezidentinin Xüsusi Elçisi cənab Ço Honq Sik açılış nitqi ilə çıxış edib.

 

Məlumat üçün bildirək ki, GYCC BMT-nin 8-ci Baş Katibi Pan Gi Mun tərəfindən irəli sürülən təşəbbüsdür. Təşkilat sayəsində 2020-ci ildən 2023-cü ilə qədər hər il 25+ ölkədən 60+ gənc iqlimlə bağlı fəaliyyət layihələri, siyasət təklifləri və gənclər bəyannaməsi yaratmaq üçün toplaşıb.

 

Rəhbər Komitəsinin Beynəlxalq Sədri Laeeun Park və Rəhbər Komitənin Sədri Dain Kim 2022-ci ildən başlayaraq GYCC-ni Cənubi Koreyada rəsmi QHT kimi qeydiyyatdan keçirərək birgə təşkil ediblər. 

 

GYCC-ni Koreya Respublikasından Jaehyeok Park (BMT Tələbə Assosiasiyasının prezidenti), Azərbaycandan Şirinnaz Əmirova (Avropa İqlim Nəsli təmsilçisi), ABŞ-dən Angela Zhong (ABŞ-nin GYCC rəhbəri və Harvard tələbəsi) və P4G (Yaşıl İnkişaf Və Qlobal Məqsədlər Üçün Tərəfdaşlıq 2030) ölkələrindən İndoneziyadan Maria Advenita Gita Elmada və Vyetnamdan Khong Tuan Anh təmsil edir. Onlar Qlobal Cənub üçün ədalətli və davamlı keçidi təşviq etmək naminə yaşıl texnologiya üçün Yeni Kollektiv Kəmiyyətli Məqsədin (NCQG) maliyyələşdirməsinin ikiqat artırılmasını tələb edirlər.

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda işgəncələrə məruz qalan 2 azərbaycanlı xəstəxanadan buraxıldı

Yekaterinburqda iyunun 27-də saxlanılan zaman işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov xəstəxanadan buraxılıblar.   Sfera.az xəbər ...

Yekaterinburqda Əhliman Gənciyevə belə zorakılıq edilib - TƏFƏRRÜAT

Yekaterinburqda həbs olunan Əhliman Gənciyevin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanılarkən və həbsdə zorakılığa məruz...

"Məni çarmıxa çəksələr, yandırsalar da yalan danışmaram"

"Məni çarmıxa çəksələr, yandırsalar belə, yalan danışmaram".   Sfera.az xəbər verir ki,bu sözləri Xalq artisti Aygün Kazımova deyib. Konser...

Yeni serial gəlir - Baş rolu o oynayacaq

Türkiyənin məşhur serialı “Yargı”nın komandası yeni ekran işi hazırlayır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat y...

Günəş sisteminə yaxınlaşan təsadüfi ulduzlar Yeri təhdid edə bilərmi?

Yeni bir araşdırmaya görə, Günəş sisteminə təsadüfi şəkildə yaxınlaşan bir ulduz planetlərin orbitlərini pozaraq Yer kürəsini də əhatə edən ciddi təhlükələr yar...

Kanalizasiya xəttinə düşən 27 yaşlı Cümşüdün FOTOLARI

  Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya...