"Trampın qayıdışı Ukraynadakı durumu daha da..." -Kiyevi gözləyən 3 ssenari

"Trampın qayıdışı Ukraynadakı durumu daha da..." -Kiyevi gözləyən 3 ssenari

ABŞ-dəki prezident seçkilərindən sonra diqqət mərkəzində olan məsələlərdən biri də Ukraynanın gələcəyi ilə bağlıdır. Donald Tramp seçkiqabağı kampaniyası zamanı müharibəni bitirəcəyini açıqlamışdı. Hazırda isə onun bu istiqamətdə hansı addımlar atacağı maraq obyektidir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Tramp Co Bayden kimi Rusiyaya qarşı mübarizə aparmayacaq.

 

Onun sözlərinə görə, əksinə, bu ölkə ilə əməkdaşlığın yollarını axtaracaq:

 

“Artıq dünya mediasında Trampın komandası ilə Rusiya arasında danışıqların başladığı barədə məlumatlar da yayılır. Bu isə Ukraynadakı müharibənin taleyinə birbaşa təsir göstərir. Trampın prezident seçilməsi Avropa dövlətlərini də ehtiyatlı olmağa vadar edib. Onlar yaxşı bilirlər ki, ABŞ-dən dəstək verilməsə, Ukraynada qalib gəlmək mümkün deyil. Mümkün təmaslarda Moskva və Vaşinqton arasında razılıq əldə edilərsə, o zaman Ukraynaya veriləcək dəstək azaldıla bilər. Hazırda Kiyevi qarşıda 3 ssenari gözləyir. Birincisi, ABŞ və Rusiyanın razılığa gələ bilməməsi və savaşın davam etməsindən ibarətdir. Bu halda həm ABŞ, həm də müttəfiqləri Ukraynaya dəstəyi davam etdirəcək, hətta Rusiyanı masaya oturtmaq üçün daha da gücləndirəcəklər, nəticədə müharibə daha da şiddətlənəcək. İkinci varianta görə, Moskva-Vaşinqton arasında razılıq əldə edilməsi, Ukraynanın isə atəşkəsə məcbur edilməsi mümkündür. Belə olan halda, münaqişə dondurulacaq və Ukraynanın yenidən dirçəldilməsi üzərində iş aparılacaq. Rusiyanın buna razı olacağı inandırıcı deyil”.

 

Siyasi şərhçi bildirdi ki, Kremlin məqsədi Ukraynanı tamamilə kapitulasiyaya məcbur etməkdir:

 

“Üçüncü ssenari, Kiyevin Krımdan imtina etməsi və bunun əvəzində Rusiyanın ələ keçirdiyi torpaqları Ukraynanın federasiya şəklində yenidən təşkil edilməsi şərti ilə geri qaytarılmasından ibarətdir. Zelenski bu ehtimalı nəzərə alaraq Trampın andiçmə mərasiminə qədər Qərbdən maksimum dəstək almaq və Krım üzərinə həlledici hücuma keçmək istəyir. Lakin Ukraynanın Krımda uğur qazanması indiki halda inandırıcı görünmür. Görünən odur ki, Donald Trampın Rusiya ilə münasibətləri aydınlaşana qədər ABŞ-nin Ukraynaya dəstəyi davam edəcək. Bunu nəzərə alan rəsmi Kiyev son günlər Çinlə əməkdaşlığı maksimum səviyyəyə qaldırıb. Əgər ABŞ Rusiya ilə dil taparsa, Zelenski Çindən maksimum dəstək əldə etmək üçün hərəkətə keçəcək. Fikrimcə, Donald Trampın hakimiyyətə qayıdışı, gözlənildiyi kimi, Ukraynada müharibəni bitirməyə də bilər. Hətta əksinə, vəziyyəti daha da gərginləşdirə bilər".

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?

Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.   ...

Yekaterinburqda işgəncələrə məruz qalan 2 azərbaycanlı xəstəxanadan buraxıldı

Yekaterinburqda iyunun 27-də saxlanılan zaman işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov xəstəxanadan buraxılıblar.   Sfera.az xəbər ...

Yekaterinburqda Əhliman Gənciyevə belə zorakılıq edilib - TƏFƏRRÜAT

Yekaterinburqda həbs olunan Əhliman Gənciyevin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanılarkən və həbsdə zorakılığa məruz...

"Məni çarmıxa çəksələr, yandırsalar da yalan danışmaram"

"Məni çarmıxa çəksələr, yandırsalar belə, yalan danışmaram".   Sfera.az xəbər verir ki,bu sözləri Xalq artisti Aygün Kazımova deyib. Konser...

Yeni serial gəlir - Baş rolu o oynayacaq

Türkiyənin məşhur serialı “Yargı”nın komandası yeni ekran işi hazırlayır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat y...

Günəş sisteminə yaxınlaşan təsadüfi ulduzlar Yeri təhdid edə bilərmi?

Yeni bir araşdırmaya görə, Günəş sisteminə təsadüfi şəkildə yaxınlaşan bir ulduz planetlərin orbitlərini pozaraq Yer kürəsini də əhatə edən ciddi təhlükələr yar...