Dollar sürətlə bahalaşır, qızıl ucuzlaşır - MÜHÜM PROQNOZ

Dollar sürətlə bahalaşır, qızıl ucuzlaşır - MÜHÜM PROQNOZ

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra investorlarda FED-in daha uzun müddət sərt pul siyasəti həyata keçirəcəyinə dair inamın yaranması dolları gücləndirir. Dolların güclənməsi isə öz növbəsində birjalarda əmtəə qiymətlərinin azalmasına səbəb olur.

 

Sfera.az xəbər verir ki, əmtəə bazarı güclü dolların təsirinə məruz qalan bazarlardan biridir.

 

Uzun müddət dəyəri 10 min dollar ətrafında dəyişən misin qiyməti dolların bahalaşmasına görə 8 min 932 dollara enib. Digər bəzi metallar da ucuzlaşıb. Sinkin qiyməti 1,8 faiz, alüminiumun qiyməti 0,7 faiz enib. Dəmir filizi fyuçersləri də bir ton üçün 99,40 dollara düşüb.

 

Qiymətli metallar da dəyər itirir. Noyabr ayı ərzində qızılın qiyməti 2800 dollardan 2620 dollara qədər azalıb.

 

Bazarı tədqiq edən analitik qurumların proqnozuna əsasən, əgər dollar bahalaşmaqda davam edərsə, əmtəə bazarlarında ucuzlaşma qalıcı olacaq.

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...

Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?

Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.   ...

Yekaterinburqda işgəncələrə məruz qalan 2 azərbaycanlı xəstəxanadan buraxıldı

Yekaterinburqda iyunun 27-də saxlanılan zaman işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov xəstəxanadan buraxılıblar.   Sfera.az xəbər ...

Yekaterinburqda Əhliman Gənciyevə belə zorakılıq edilib - TƏFƏRRÜAT

Yekaterinburqda həbs olunan Əhliman Gənciyevin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanılarkən və həbsdə zorakılığa məruz...

"Məni çarmıxa çəksələr, yandırsalar da yalan danışmaram"

"Məni çarmıxa çəksələr, yandırsalar belə, yalan danışmaram".   Sfera.az xəbər verir ki,bu sözləri Xalq artisti Aygün Kazımova deyib. Konser...