"Fransanın təzyiqi, müxalif kəsimin etirazı..." - Ermənistan şansı niyə dəyərləndirə bilmədi?

"Fransanın təzyiqi, müxalif kəsimin etirazı..." - Ermənistan şansı niyə dəyərləndirə bilmədi?

Ermənistanın COP29 tədbirində iştirak etməməsi bir neçə gündür, müzakirə obyekti olub.

 

Maraqlıdır, İrəvan niyə iştirakdan imtina edib?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, rəsmi İrəvan son günə qədər bu barədə konkret qərar vermədiyini bildirmişdi:

 

“Əslində elə indi də Ermənistan konkret olaraq neqativ mövqe ortaya qoymayıb.  Amma görünən odur ki, Ermənistan COP29-da iştirakdan imtina edib.  Bu ölkənin hansı səviyyədə COP29-da təmsil olunmasından asılı olmayaraq, belə bir iştirak tərəflər arasında qarşılıqlı etimad mühitinin güclənməsinə kömək edə bilərdi. Hətta bəziləri düşünürdü ki, səfər çərçivəsində hansısa sənəd də imzalana bilər. Yəqin ki, Ermənistan COP29-da iştirak etməməklə bağlı nə isə açıqlama verəcək və bunu özünün, guya, konstruktiv mövqeyindən müstəqil qərar kimi təqdim etməyə çalışacaq. Hətta mümkündür ki, İrəvan Bakını da ittiham etməyə çalışsın. Hər halda oxşar cəhdlər əvvəllər də olub”.

 

Şərhçi qeyd etdi ki, Ermənistanın COP29-da iştirak etməməsini bir neçə məqamla əlaqələndirmək olar:

 

“Böyük ehtimalla bu qərar Qərbin, o cümlədən Fransanın təzyiqi nəticəsində verilib. Çünki Qərb dövlətləri başa düşürdülər ki, Ermənistanın COP29-da iştirakı qarşılıqlı etimad mühitinin formalaşmasına kömək edə bilər. Odur ki, bunun qarşısını aldılar. Ola bilsin, Ermənistan hakimiyyəti daxili ictimai rəydən narahat olub. Belə ki, Ermənistan rəsmilərinin Bakıya gəlməsi daxildə xüsusilə müxalif kəsimin narazılığına səbəb ola, hətta iqtidara qarşı aksiyalarla nəticələnə bilərdi. Mümkündür ki, rəsmi İrəvan bu ssenarinin qarşısını almağa çalışıb. Eyni zamanda Ermənistan hakimiyyəti təhlükəsizlik məsələlərindən narahat olub. Bütün hallarda, COP29-da iştirak İrəvan üçün münasibətlərin normallaşması istiqamətində daha bir addımın atılması üçün fürsət idi. Ermənistan bu şansı dəyərləndirə bilmədi”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...

Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?

Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.   ...

Yekaterinburqda işgəncələrə məruz qalan 2 azərbaycanlı xəstəxanadan buraxıldı

Yekaterinburqda iyunun 27-də saxlanılan zaman işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov xəstəxanadan buraxılıblar.   Sfera.az xəbər ...

Yekaterinburqda Əhliman Gənciyevə belə zorakılıq edilib - TƏFƏRRÜAT

Yekaterinburqda həbs olunan Əhliman Gənciyevin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanılarkən və həbsdə zorakılığa məruz...

"Məni çarmıxa çəksələr, yandırsalar da yalan danışmaram"

"Məni çarmıxa çəksələr, yandırsalar belə, yalan danışmaram".   Sfera.az xəbər verir ki,bu sözləri Xalq artisti Aygün Kazımova deyib. Konser...