“Qarabağ”ın dəvəti ilə Bakıya gələcək Avropa klubları məlum oldu

“Qarabağ”ın dəvəti ilə Bakıya gələcək Avropa klubları məlum oldu

“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar noyabrın 15-i axşam saatlarında Bakıya təşrif buyuracaq.

 

Ağdam təmsilçisinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, COP29 Sədrliyi və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamentinin (UNFCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansda komandamızla yanaşı, 10 klub yer alacaq.

 

"Qarabağ"ın dəvəti ilə COP29-da iştirak edəcək klublar - “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya), “Malmö” (İsveç) iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malikdirlər.

 

Qeyd edək ki, alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda Əhliman Gənciyevə belə zorakılıq edilib - TƏFƏRRÜAT

Yekaterinburqda həbs olunan Əhliman Gənciyevin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanılarkən və həbsdə zorakılığa məruz...

"Məni çarmıxa çəksələr, yandırsalar da yalan danışmaram"

"Məni çarmıxa çəksələr, yandırsalar belə, yalan danışmaram".   Sfera.az xəbər verir ki,bu sözləri Xalq artisti Aygün Kazımova deyib. Konser...

Yeni serial gəlir - Baş rolu o oynayacaq

Türkiyənin məşhur serialı “Yargı”nın komandası yeni ekran işi hazırlayır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat y...

Günəş sisteminə yaxınlaşan təsadüfi ulduzlar Yeri təhdid edə bilərmi?

Yeni bir araşdırmaya görə, Günəş sisteminə təsadüfi şəkildə yaxınlaşan bir ulduz planetlərin orbitlərini pozaraq Yer kürəsini də əhatə edən ciddi təhlükələr yar...

Kanalizasiya xəttinə düşən 27 yaşlı Cümşüdün FOTOLARI

  Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya...

Rus sənətçilər "DreamFest"dən çıxarıldı

"DREAM FEST 2025" beynəlxalq musiqi festivalı iyulun 23-dən 26-dək yenilənmiş proqramla keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə X...