Dünya bazarında dolların ucuzlaşmasının SƏBƏBİ

Dünya bazarında dolların ucuzlaşmasının SƏBƏBİ

Ötən gün qlobal fond bazarlarında əsas indekslər yüksəlib.

Sfera.az bildirir ki, APA "Reuters"ə istinadən xəbər verir ki, fond bazarlarında yüksəlişə səbəb 

bu il ABŞ-da faiz dərəcələrinin artırılması ilə bağlı gözləntilərin özünü doğrultmaması ilə bağlıdır.

 
Məlumata əsasən, ABŞ-ın faiz dərəcələrini artırmayacağı ilə bağlı ehtimalların çoxalması dolların 

məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb.

 
"Artıq 4 gündür ki, ABŞ dollarının məzənnəsi zəifləməkdə davam edir. Buna Federal Ehtiyatlar 

Sisteminin nümayəndəsinin kreditlər üzrə faiz dərəcələrinin artırılmayacağına ümid yaradan şərhlər 

səbəb olub", - deyə məlumatda vurğulanıb.

 
Federal ehtiyat bankının yeni rəhbəri Robert Kaplan bəyan edib ki, FES faiz dərəcələrinin artırılması

 məsələsində tələsməməlidir.


OXŞAR XƏBƏRLƏR