"Qlobal İqlim Fəaliyyəti Gündəliyini irəliyə aparmaq olar" - Nigar Arpadarai

"Qlobal İqlim Fəaliyyəti Gündəliyini irəliyə aparmaq olar" - Nigar Arpadarai

BMT-nin İqlim Dəyişikjliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəfdaşı olan və olmayan qurumlarla birlikdə Qlobal İqlim Fəaliyyəti Gündəliyini irəliyə aparmaq olar.

 

Sfera.az xəbər verir ki, bunu noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iqlim üzrə yüksək səviyyəli lideri Nigar Arpdarai bildirib.

 

O, bu barədə COP29 çərçivəsində təşkil olunmuş Qlobal İqlim Fəaliyyəti ilə bağlı sessiyada danışıb.

 

"Dünyanın bir yerində iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini başa düşürlərsə, lakin dünyanın digər yerində biz bunu görmürüksə, o zaman öz missiyamızı tam yerinə yetirə bilmərik. Ekosistem hər kəsə məxsusdur. Bu qaydaları hətta beynəlxalq hüquqa daxil etməliyik ki, hər kəs oyunun qaydalarını bilsin. Yüksək Səviyyəli Çempion kimi əsas diqqətimiz özəl sektorun cəlb edilməsinə yönəlib, çünki biz qlobal iqlim fəaliyyəti və iqlim maliyyəsi haqqında danışırıq. Özəl sektor olmasa, biz irəli getməyəcəyik. İri korporasiyalar, eyni zamanda kiçik və orta müəssisələr "yaşıl keçid"ə inanmasalar, biz irəli getməyəcəyik. Hər kəsə ehtiyac var. Bizə vətəndaş cəmiyyəti lazımdır. Onların monitorinq sistemlərinə ehtiyacımız var. Bizə xeyriyyə təşkilatları lazımdır, bizə akademiya, gənclər lazımdır. Bu, qlobal fəaliyyətdə bir addım irəli gedə biləcəyimiz yeganə yoldur, çünki iqlim dəyişir", - deyə N.Arpadarai qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda işgəncələrə məruz qalan 2 azərbaycanlı xəstəxanadan buraxıldı

Yekaterinburqda iyunun 27-də saxlanılan zaman işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov xəstəxanadan buraxılıblar.   Sfera.az xəbər ...

Yekaterinburqda Əhliman Gənciyevə belə zorakılıq edilib - TƏFƏRRÜAT

Yekaterinburqda həbs olunan Əhliman Gənciyevin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanılarkən və həbsdə zorakılığa məruz...

"Məni çarmıxa çəksələr, yandırsalar da yalan danışmaram"

"Məni çarmıxa çəksələr, yandırsalar belə, yalan danışmaram".   Sfera.az xəbər verir ki,bu sözləri Xalq artisti Aygün Kazımova deyib. Konser...

Yeni serial gəlir - Baş rolu o oynayacaq

Türkiyənin məşhur serialı “Yargı”nın komandası yeni ekran işi hazırlayır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat y...

Günəş sisteminə yaxınlaşan təsadüfi ulduzlar Yeri təhdid edə bilərmi?

Yeni bir araşdırmaya görə, Günəş sisteminə təsadüfi şəkildə yaxınlaşan bir ulduz planetlərin orbitlərini pozaraq Yer kürəsini də əhatə edən ciddi təhlükələr yar...

Kanalizasiya xəttinə düşən 27 yaşlı Cümşüdün FOTOLARI

  Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya...