Samir Nuriyev Yuriko Koike və heyəti ilə görüşdü

Samir Nuriyev Yuriko Koike və heyəti ilə görüşdü

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev tədbirdə iştirak edən Tokionun qubernatoru Yuriko Koikenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirilib.

 

Azərbaycan Prezidentinin rəhbərliyi ilə COP29-a hazırlıq işlərinin müvəffəqiyyətlə həyata keçirildiyi, sədrliyimiz çərçivəsində iqlim gündəliyi üzrə bütün tərəflər arasında konsensusa nail olunması istiqamətində nəticəyönümlü səylər göstərildiyi vurğulanıb.

 

Öz növbəsində R.Koike COP29-un uğurla təşkil edilməsi münasibətilə təbriklərini çatdırıb və COP29 sədrliyində ölkəmizə uğurlar arzulayıb.

 

Görüşdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib, dövlətimizin başçısı tərəfindən yaşıl enerji zonası elan edilmiş bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiq olunduğu vurğulanıb, Yaponiya ilə bu xüsusda əməkdaşlıq imkanları müzakirə edilib.

 

Söhbət zamanı Bakı və Tokio şəhərləri arasında əlaqələrin genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonda Yuriko Koikenə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib.


OXŞAR XƏBƏRLƏR

"Ukraynanın NATO üzvlüyü və onu Putindən qorumaq xəyaldır..." - Merkel kitabında nələri yazıb?

Almaniyanın keçmiş kansleri Angela Merkelin yayımlanan xatirələri maraq obyekti olub.   Sfera.az bildirir ki, “Freiheit” (Azadlıq) adlı k...

Sabah hava necə olacaq? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə d...

Azərbaycanda ağır qəza: Ölən və yaralı var - FOTO

İmişlidə ölümlə nəticələnən yol qəzası olub.   Sfera.az xəbər verir ki, İmişlidə minik avtomobilllərinin toqquşması ilə nəticələnən yol qəzasında bir...

Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək

Noyabrın 26-da Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə “Agence France-Presse” diplomati...

Müğənni Damla polisə çağırıldı - Qumar qalmaqalı müğənnilərə keçdi

Türkiyədə qanunsuz mərc oyunlarına təşviq edənlərə qarşı əməliyyat keçirilməsi Azərbaycanda da oxşar vəziyyəti gündəmə gətirib. Türkiyədə olduğu kimi, Azərbayca...

Azərbaycanın FIFA referisi yeni təyinat aldı

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.   Sfera.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının V turu çərçivə...