Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP29-a ev sahibliyinə görə azərbaycanlı həmkarı İlham Əliyevə təşəkkür edib.

 

 Sfera.az xəbər verir ki, o, bu barədə Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib.

 

O, Bakıda bir sıra ikitərəfli görüşlər keçirdiyini diqqətə çatdırıb: “Bu çərçivədə Azərbaycan Prezidenti İlham Əliyev, Böyük Britaniya Baş naziri Keir Starmer, Qazaxıstan Prezidenti Qasım Comər Tokayev, Moldova Prezidenti Maya Sandu ilə bir araya gəldik. Bu görüşlərdə ikitərəfli və regional məsələlər barədə danışdıq”, - o bildirib.

 

Prezident söyləyib ki, COP29 çərçivəsində liderlər Zirvəsi zamanı danışıqlar mövzusu ən çox iqlim dəyişikliyinin maliyyələşdirilməsi olub: “Xüsusilə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu maliyyə resurslarının necə yaradılacağı da müzakirə olunub. 2009-cu ildə Danimarka İqlim Sammitində elan edilmiş illik 100 milyard dollarlıq iqlim maliyyəsi hədəfinin 2025-ci ildən sonra üçün də təsdiqini və əlavə mexanizmlərlə dəstəyini müzakirə etdik.

 

Mən sammitdəki çıxışımda ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə səylərini izah etdim. Vurğuladım ki, biz qlobal iqlim tendensiyasına töhfə verməyə davam edəcəyik. Həyat yoldaşım Əminə Ərdoğanın təşəbbüsü ilə başlayan və qısa zamanda qlobal miqyasda bir layihəyə çevrilən “Sıfır Tullantı” Hərəkatının əhəmiyyətini ifadə etdim”.


OXŞAR XƏBƏRLƏR

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...

Növbəti 3 ay üçün əhaliyə XƏBƏRDARLIQ

Yay gəldi və təbiət öz rəngarəngliyi, günəşli günləri ilə bizi enerji ilə doldurmağa başladı! Lakin bu isti mövsüm təkcə dincəlmək, səyahət etmək üçün deyil, ey...