"Bu şəxslər aliment ödəməyə bilərlər" - AÇIQLAMA

"Bu şəxslər aliment ödəməyə bilərlər" - AÇIQLAMA

Fiziki və əqli qüsurlu şəxslərin aliment məsələsi hüquqi baxımdan xüsusi yanaşma tələb edir, çünki onların fəaliyyət qabiliyyəti və gəlir əldə etmə imkanları məhdud ola bilər. Belə hallarda aliment ödənişləri ilə bağlı xüsusi qaydalar mövcuddur ki, bunlar şəxsin sosial vəziyyətinə və tibbi durumuna əsaslanır.

 

Bəs əqli və fiziki qüsurlu şəxslərin aliment ödənişləri necə həyata keçirilir?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a vəkil Emil Aslanov açıqlama verib.

 

O bildirib ki, əgər ata fiziki əlilliyi olan şəxsdirsə və yalnız əlillik üçün pensiya alırsa, bu, onun əmək qabiliyyətini və dolanışığını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Aliment ödənilməsi ilə bağlı olan vəziyyətlərdə, məhkəmə ata tərəfindən verilən pensiyanın məbləğini və onun gündəlik ehtiyaclarını nəzərə alır.

 

“Belə bir halda, məhkəmə alimentin məbləğini təyin edərkən, atasının gəlirini, sağlamlıq vəziyyətini və dolanışıq şəraitini diqqətə alır. Əgər ata yalnız əlillik pensiyası ilə dolanırsa, məhkəmə alimentin miqdarını onun real iqtisadi imkanlarına uyğun olaraq müəyyənləşdirə bilər. Əgər ata aliment ödəməyi çətinləşdirən vəziyyətdədirsə (məsələn, yalnız pensiya alır və əlavə gəliri yoxdur), alimentin miqdarı minimum səviyyədə təyin edilə bilər və ya onun aliment ödənişindən tam olaraq azad olunması mümkün ola bilər. Lakin həmin şəxsə qəyyum təyin olunanda ödənişi o həyata keçirilir. Qeyyum şəxsə xüsusən də məhdud fəaliyyət qabiliyyəti olan bir şəxsə onun həyatını idarə etmək və hüquqlarını qorumaq məqsədilə təyin olunur.

 

Psixoloji sağlamlıq problemi olan bir ataya gəlincə, əgər o, işləmir, dispanserdə müalicə alır və fəaliyyət qabiliyyəti yoxdursa, aliment ödənişi məsələsi daha da mürəkkəbləşir. Əgər məhkəmə bu şəxsin fəaliyyət qabiliyyəti olmadığını təsdiq edərsə, alimentin ödənilməsi məsələsi təxirə salına bilər və ya  alimentin icraatı dayandırıla bilər.  Bu halda, qəyyum şəxsin hüquqlarını müdafiə edir və lazım gələrsə, aliment ödənişlərini təşkil edir”.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...