"Rəhbərlər qarşısına iddialı bir gündəlik qoymuşuq"- Muxtar Babayev

"Rəhbərlər qarşısına iddialı bir gündəlik qoymuşuq"- Muxtar Babayev

Çalışacağıq ki, COP29 çərçivəsində "yaşıl dünya"nın qurulmasında öz həmrəyliyimizi nümayiş etdirək.

 

Sfera.az xəbər verir ki, bunu COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Azərbaycan tərəfindən son aylar ərzində bir çox ölkələrə səfərlər təşkil edilərək planlar müəyyən edilib

 

"Təbii ki, biz COP29-da bu planların tarazlı şəkildə həyata keçirilməsinin tərəfdarıyıq. Bizim üçün aydındır ki, inkişaf etməkdə olan dövlətlərin problemlərini aradan qaldırmalıyıq. Biz eyni zamanda beynəlxalq maliyyə təsisatları ilə təmaslar yaratdıq. Maliyyələşmədə tarazlığı bərpa etmək çox vacibdir.

 

Biz artıq itkilər və zərərlər fondu haqqında, həmçinin vəsaitlərin ayrılmasından danışırıq. Azərbaycan bu çağırışları nəzərə alaraq öz planını müəyyən edib. Biz Yaşıl İqlim Fonduna müraciət edərək onların verəcəyi dəstəklə bağlı razılığa gəlmişik, rəhbərlər qarşısına iddialı bir gündəlik qoymuşuq. COP29 çərçivəsində bu məsələləri müzakirə edəcəyik və çalışacağıq ki, "yaşıl dünya"nın qurulmasında öz həmrəyliyimizi nümayiş etdirək", - deyə Muxtar Babayev qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Goranboyda turistləri daşıyan mikroavtobus qəzaya düşdü

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə Goranboy-Ağcakənd olunun rayonun ərazisindən keçən hissəsində qeydə al...

Antalyada yanğın: Bir otel, 3 bina yandı

Türkiyənin Antalya şəhərinin mərkəzində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.   Qala...

Füzulidə gənc oğlan kanalda batıb, axtarışlar gedir - VİDEO

Xəbər verildiyi kimi, Füzuli rayonu, Kərimbəyli kəndində 1 nəfər vətəndaşın suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qayna...

Bir nəfər imtahandan çıxarılıb

29 iyun 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndiril...

Deputat: Rusiya rəhbərliyinin digər xalqlara qarşı daha amansız münasibət sərgiləməsi təəccüblü deyil

Son dövrlər Rusiyada baş verən hadisələr, xüsusilə də azərbaycanlı miqrantlara və qeyri-rus xalqlara qarşı yönələn təzyiqlər, təhqiramiz ritorika və zorakı aksi...

Keçmiş XİN başçısı: Rusiyada azərbaycanlılara qarşı törədilmiş bu hadisə cinayətdir

Rusiyada yaşayan azərbaycanlılara qarşı törədilmiş bu hadisə, birmənalı olaraq, cinayət hadisəsidir.   Sfera.az xəbər verir ki, bu fikirləri&nbs...