Tramp “TikTok”u bağışlaya bilər - Yeni prezident amerikalı gənclərin qəzəbindən qorxur

Tramp “TikTok”u bağışlaya bilər - Yeni prezident amerikalı gənclərin qəzəbindən qorxur

Donald Tramp “TikTok”un ABŞ-də qadağan olunmasının qarşısını ala bilər. Seçki kampaniyası zamanı Tramp seçicilərə məşhur sosial media proqramını xilas edəcəyinə dair söz verib.

 

Sfera.az xatırladır ki, əvvəllər “TikTok”u qadağan edən çağırışların təşəbbüskarı olan Tramp iyun ayında bu sosial platformada hesab açdıqdan sonra onun vasitəsilə gənc seçicilərlə təmaslarını artıra bilib.

 

ABŞ-də qəbul edilən yeni qanuna əsasən “TikTok”, 2025-ci il yanvarın 20-də keçiriləcək Trampın andiçmə mərasimindən bir gün əvvələ qədər satılmasa qadağa ilə üzləşəcək. Amerikalı gənclər ümid edir ki, Tramp vəzifəsinin icrasına başladıqdan sonra “TikTok” qadağasını dayandıracaq. Bu ilin aprelin 24-də hazırkı dövlət başçısı Co Baydenin imzaldığı qanuna əsasən Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” platforması bir il ərzində amerikalı bir şəxsə satılmalıdır.

 

Əks halda tətbiqin ABŞ-də yüklənməsi qadağan ediləcək. “TikTok” mayın 7-də bu qadağaya görə ABŞ hökumətinə qarşı məhkəmə iddiası qaldırıb.

 

Məhkəmənin iddia ilə bağlı hələlik qərarı yoxdur. Hazırda ABŞ-də 170 milyon insan “TikTok"dan istifadə edir. ABŞ hökuməti narahatdır ki, Çin şirkəti ABŞ istifadəçisi haqqında məlumatları öz hökumətinə ötürür.

 

“The Washington Post”un yazdığına görə, ikinci dəfə ABŞ prezidenti seçilən Donald Trampın sosial media tətbiqi “TikTok”a qoyulan qadağanı dayandırmaq ehtimalı var. Trampın keçmiş müşaviri və kampaniya meneceri Kellyanne Convay “The Washington Post”a bildirib ki, yeni prezident "TikTok”u yüksək qiymətləndirir.

 

Onun sözlərinə görə, 170 milyon ABŞ istifadəçisi ilə bağlı məlumatların qorunmasını tələb etməyin başqa yolu da var. Xatırladaq ki, ilk prezidentliyi dövründə Tramp milli təhlükəsizlik səbəbilə “TikTok”u bağlamaq istəsə də federal məhkəmə buna imkan verməmişdi. Tramp gənc amerikalıları qəzəbləndirəcəyi səbəbilə bu il Konqres tərəfindən qəbul edilən “TikTok” qadağasına yol açan qanun layihəsinin əleyhinə olduğunu bildirib. 13 mart 2024-cü ildə ABŞ Nümayəndələr Palatası "Amerikalıları xarici düşmənlər tərəfindən idarə olunan tətbiqlərdən qorumaq" haqqında qanun layihəsini qəbul etdi və bu, “TikTok”un "milli təhlükəsizliklə bağlı problem yaratdığı" səbəbiylə ölkədə qadağan edilməsinə yol açdı.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...