“KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” imzalandı

“KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” imzalandı

Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Kiçik və Orta Bizneslərin (KOB) yaşıl keçidinin təşviqinə və bu sahədə əməkdaşlığa dair sənədlər imzalanıb.

 

Sfera.az xəbər verir ki, imzalanma mərasimi COP29-un “Mavi zona”sında baş tutub.

 

“KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”ni İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Beynəlxalq Ticarət Mərkəzi (ITC - ay-ti-si) və Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidmətinin (SEBRAE) rəsmiləri imzalayıblar.

 

KOBİA-nın təşəbbüsü ilə hazırlanmış Bəyannamə qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi, bu sahədə əməkdaşlığın qurulması məqsədi daşıyır. Sənəd kiçik bizneslərə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, "yaşıl maliyyə"yə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür.

 

Həmçinin, KOBİA, ITC və SEBRAE arasında “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”ndən irəli gələn məsələlərə, KOB-ların yaşıl keçidinin asanlaşdırılması üzrə birgə əməkdaşlığa dair sənədlər də imzalanıb.


OXŞAR XƏBƏRLƏR

Rusiya üçüncü azərbaycanlını da həbs etdi

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı, Akif Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.   Sfera.az&...

Goranboyda turistləri daşıyan mikroavtobus qəzaya düşdü

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə Goranboy-Ağcakənd olunun rayonun ərazisindən keçən hissəsində qeydə al...

Antalyada yanğın: Bir otel, 3 bina yandı

Türkiyənin Antalya şəhərinin mərkəzində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.   Qala...

Füzulidə gənc oğlan kanalda batıb, axtarışlar gedir - VİDEO

Xəbər verildiyi kimi, Füzuli rayonu, Kərimbəyli kəndində 1 nəfər vətəndaşın suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qayna...

Bir nəfər imtahandan çıxarılıb

29 iyun 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndiril...

Deputat: Rusiya rəhbərliyinin digər xalqlara qarşı daha amansız münasibət sərgiləməsi təəccüblü deyil

Son dövrlər Rusiyada baş verən hadisələr, xüsusilə də azərbaycanlı miqrantlara və qeyri-rus xalqlara qarşı yönələn təzyiqlər, təhqiramiz ritorika və zorakı aksi...