Polis piyadalara MÜRACİƏT ETDİ

Polis piyadalara MÜRACİƏT ETDİ

"Piyada təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən profilaktiki tədbirlərin intensivliyinə baxmayaraq, təəssüf ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları arasında problemə yanaşma birmənalı deyil".

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub.

 

Bildirilib ki, cari ilin 10 ayı ərzində yol hərəkəti qaydalarının piyadalar tərəfindən pozulması nəticəsində qeydə alınan 23 yol-nəqliyyat hadisəsində 9 nəfərin həyatını itirməsi, 15 nəfərin xəsarət alması deyilənləri təsdiq edir.

 

"Dəfələrlə media subyektlərində, sosial şəbəkələrdə piyada məsuliyyətsizliyinin real görüntülərlə işıqlandırılmasına, rəsmi xəbərdarlıqların edilməsinə, maarifləndirmə tədbirlərinin aparılmasına baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanlara rast gəlirik ki, bu da onları yol-nəqliyyat hadisələrinin qurbanına çevirir.

 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yolu keçərkən diqqətli olmağa, xüsusilə telefon və sair bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, işıqforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır", - deyə müraciətdə vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...