Belarusda prezidentliyə namizəd seçki yarışından geri çəkildi

Belarusda prezidentliyə namizəd seçki yarışından geri çəkildi

Minsk Şəhər İcraiyyə Komitəsinin ideoloji iş və gənclərlə iş üzrə baş idarəsinin rəhbəri Olqa Çemodanova Belarusda prezident seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Belarusun “İlk məlumat” telekanalı məlumat yayıb.

 

"Olqa Çemodanova prezident seçkiləri kampaniyasında iştirakını dayandırmaq qərarına gəlib", - mesajda deyilib.

 

Çemodanovanın qərarı ilə bağlı başqa təfərrüatlar verilməyib.

 

Həmin gün “Belarus Zabitlər İttifaqı” ictimai birliyinin Respublika Şurasının sədri Sergey Bobrikov Belarusda prezident seçkiləri ilə bağlı təşviqat kampaniyasında iştirakını dayandırmaq qərarını açıqlayıb. Bobrikovun sözlərinə görə, bu qərar onun üçün çətin olub.

 

Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib . Prezidentliyə namizədlərin irəli sürülməsinin dəstəklənməsi üçün seçici imzalarının toplanması noyabrın 7-dən dekabrın 6-sı daxil olmaqla keçirilir.

 

Məlumat verilib ki, respublikanın Mərkəzi Seçki Komissiyası dövlət başçısı vəzifəsinə namizədlərdən ibarət yeddi təşəbbüs qrupunu qeydə alıb. Digər məsələlərlə yanaşı, Mərkəzi Seçki Komissiyası Bobrikov və Çemodanovanın təşəbbüs qruplarını qeydə alıb.

 

İnci 

 

 


OXŞAR XƏBƏRLƏR

Deputat: Rusiya rəhbərliyinin digər xalqlara qarşı daha amansız münasibət sərgiləməsi təəccüblü deyil

Son dövrlər Rusiyada baş verən hadisələr, xüsusilə də azərbaycanlı miqrantlara və qeyri-rus xalqlara qarşı yönələn təzyiqlər, təhqiramiz ritorika və zorakı aksi...

Keçmiş XİN başçısı: Rusiyada azərbaycanlılara qarşı törədilmiş bu hadisə cinayətdir

Rusiyada yaşayan azərbaycanlılara qarşı törədilmiş bu hadisə, birmənalı olaraq, cinayət hadisəsidir.   Sfera.az xəbər verir ki, bu fikirləri&nbs...

"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev

"Rusiyada azərbaycanlılara qarşı aparılan bu represiya ölkədə şovinizmin, diskriminasiyanın və milli ayrıseçkiliyin nə qədər dərinə işləmiş olduğunu göstər...

“Qaba güc tərəfdarları Ermənistanla sülh sazişi imzalamağımızı istəmirlər” — Qüdrət Həsənquliyev

“Qaba güc tərəfdarları Ermənistanla sülh sazişi imzalamağımızı  istəmirlər”-Qüdrət Həsənquliyev   Ədalət, Hüquq, Demokratiya (ƏHD) Par...

Aygün Attar: Faşist Putin hakimiyyətini pisləyirik

Rusiyada azərbaycanlılara qarşı dövlət terroru törədilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmr...

Yekaterinburqda baş verən hadisələrdə xüsusi kampaniya əlamətləri açıq şəkildə görünürRƏY

“Rusiyada son günlər baş verən hadisələr ciddi narahatlıq doğurur. Azərbaycan vətəndaşlarının xüsusi qəddarlıqla həbs olunması, onlara qarşı işgəncə tətbi...