Adil Kərimli rusiyalı həmkarı ilə görüşdü - FOTOLAR

Adil Kərimli rusiyalı həmkarı ilə görüşdü - FOTOLAR

Noyabrın 12-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin COP29-la bağlı ölkəmizdə səfərdə olan Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ilə ikitərəfli görüşü keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, xanım naziri salamlayan Adil Kərimli ölkəmizdə keçirilən bu mötəbər tədbirdə iştirak etdiyinə görə həmkarına təşəkkürünü bildirib.

Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin səviyyəsini yüksək qiymətləndirən nazir xüsusilə son illərdə bu sahədə əməkdaşlığın daha da möhkəmləndiyini diqqətə çatdırıb. Qeyd olunub ki, iki ölkənin bədii kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin təşkili, incəsənət təhsili sahəsində təcrübə mübadiləsi, sərgi, müsabiqə və festivallarda mütəmadi iştirak əlaqələrimizin dolğun mənzərəsini yaradır.

 

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini deyib, bu münasibətlə Bakıda olmasından məmnunluğunu dilə gətirib. Qonaq nazir də iki ölkənin mədəni əlaqələrinin perspektivlərini yüksək dəyərləndirib.

Adil Kərimli COP29-un mədəniyyət və ətraf mühit məsələləri ilə bağlı gündəmi barədə məlumat verib. Qeyd edib ki, tədbir çərçivəsində mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək. Görüşün məqsədi incəsənət və mədəni irsin iqlim fəaliyyəti gündəliyinə daxil edilməsi üçün beynəlxalq konsensusa nail olunmasıdır.

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin irəli sürdüyü “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünə həsr olunan sessiya və bu təşəbbüsün təqdimatı da keçiriləcək.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...