Əminə Ərdoğan Mehriban Əliyeva ilə açılışda

Siyasət
18:20 / 12.11.2024
1808
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan Bakıda səfərdədir.
Sfera.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan və Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilən sessiyası çərçivəsində Türkiyə standının açılışında iştirak ediblər.