Haitidə sərnişin təyyarəsi atəşə tutulub: Hava limanı təcili bağlandı

Haitidə sərnişin təyyarəsi atəşə tutulub: Hava limanı təcili bağlandı

Ötən gün “Spirit” Hava Yollarına məxsus sərnişin təyyarəsi Haitiyə uçarkən terror hücumuna məruz qalıb. 

 

Sfera.az bildirir ki, “Spirit” Hava Yollarından verilən məlumata görə, sərnişinlərdən xəsarət alan olmayıb, stüardessa yüngül xəsarət alıb. Təyyarə istismardan çıxarılıb.

 

Təyyarənin vurulmasından sonra Haiti paytaxt Port-au-Prinsdəki Tussen Luvertür Beynəlxalq Hava Limanında bütün reysləri təcili olaraq ləğv edib. “JetBlue” təyyarəsində də güllə dəlikləri tapılıb. “The New York Times”da gedən məqalədə qeyd olunub ki, bu hallar müvəqqəti baş nazirin işdən çıxarılmasından sonra ölkədə zorakılığın artmasının nəticələridir.

 

Uçuş Dominikan Respublikasına yönləndirilib.

 

ABŞ-ın Florida ştatındakı Fort Lauderdeyldən Port-au-Prinsdəki Toussaint Louverture Beynəlxalq Hava Limanına uçan Spirit Hava Yollarına məxsus 951 saylı reysin terror aktı səbəbindən Dominikan Respublikasının Santyaqo şəhərinə yönləndirmək məcburiyyətində qaldığı bildirilir. Təyyarə səhər saat 11:30-da uğurla eniş etdikdən sonra onun gövdəsində güllə izlərinə bənzəyən dəliklər aşkarlanıb.

 

Federal Aviasiya Administrasiyası Port-au-Prinsə uçan digər iki reys də yönləndirilib.

 

Spirit Hava Yollarının sözçüsü Tommi Fletçer: 

 

"Yoxlama zamanı təyyarənin atəşə tutulduğuna uyğun dəlillər aşkar edilib"-deyə bildirib. 

 

Tommi Fletçer həmçinin qeyd edib ki, stüardessalardan biri yüngül xəsarət alıb və həkimlərin nəzarəti altındadır. Onun sözlərinə görə, sərnişinlər xəsarət almayıb. Vurulan təyyarə istismardan çıxarılıb.

 

“JetBlue”dan verilən məlumatda isə, onların da təyyarəsinin bazar ertəsi Port-au-Prensdən qalxarkən atəşə tutulduğu, lakin uçuş zamanı hiss edilmədiyi bildirilib. Güllə dəlikləri yalnız Nyu-Yorka endikdən sonra aşkar edilib. Aviaşirkət dekabrın 2-dək Haitiyə və Haitidən bütün uçuşları dayandırdığını və araşdırmaya başladığını bildirib. “American Airlines” də cümə axşamı gününə qədər uçuşları ləğv edib.

 

Hücumu törədənlərin kimliyi hələ müəyyən edilməsə də, “Spirit” Hava Yollarına məxsus təyyarənin yerdən vurulduğu güman edilir. Qeyd edək ki, təyyarəyə hücum Haitinin müvəqqəti baş naziri Harri Konilin prezident seçilənə qədər ölkəyə rəhbərlik edən keçid prezident şurasını istefaya göndərməsindən bir gün sonra baş verib.

 

Harri Konil 2024-cü ilin əvvəlində paytaxtda təxribat törədən, məhəllələrə, polis bölmələrinə və xəstəxanalara hücum edən cinayətkar dəstələrin koalisiyasına qarşı mübarizə aparmaq üçün baş nazir təyin edilib. Ötən ayın sonunda göyərtəsində 3 ekipaj üzvü və 15 sərnişinin olduğu Birləşmiş Millətlər helikopterinin də vurulduğu bildirilmişdi. Helikopter Haiti paytaxtının cinayətkar dəstələrin nəzarətində olan ərazisi üzərindən uçarkən güllələrə tuş gəlib.

 

Keniya hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməyi ilə zorakılıq dalğası yatırılsa da, baş nazirin azad edilməsindən sonra eskalasiya yenidən başlayıb.

 

Dominikan Respublikasının prezidenti Luis Abinader bazar ertəsi sərnişin təyyarəsinin vurulmasından sonra ABŞ və Haiti hakimiyyətini Haitili quldur dəstələrini rəsmən terror təşkilatı kimi tanımağa çağırıb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

COVID-19-a bənzəyir və mutasiyaya uğraya bilər - TƏFƏRRÜATLAR

Dünyamızda məskunlaşan yüz minlərlə viruslar arasında təhlükəli xəstəliklərin bəzi ştammları son zamanlar kölgədən çıxıb, planet əhalisinin sağlamlığı üçün pote...

Oğlan sinif yoldaşının 53 yaşlı anası ilə evlənir - FOTO

İsamu Tomioka gələcək həyat yoldaşı Midori ilə hələ məktəbdə oxuyarkən tanış olub. Ondan 21 yaş böyük olan qadın onun sinif yoldaşlarından birinin anası olub. B...

İnsanlar niyə təyyarələrə soldan minirlər?

Səyahət zamanı ağlınıza bəzi şeylər gəlir. Bu prosesdə stüardessaların, kabin heyətinin və pilotların təcrübə və təklifləri böyük əhəmiyyət kəsb edir.  ...

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu b...

Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb

  BMT Baş katibi Antoniu Quterreş PKK terror təşkilatının Türkiyədə ömürlük həbsdə olan lideri Abdullah Öcalanın 40 ildən artıq davam edən münaqişənin h...

Tramp Zelenski ilə bağlı dediklərini təkzib etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə b...