“Qarabağ” təklif etdi, alyans yaradıldı - Məşhur klublar qatılacaq

“Qarabağ” təklif etdi, alyans yaradıldı - Məşhur klublar qatılacaq

Qarabağ” Futbol Klubu, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə çıxış edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

 

Bu təşəbbüs COP29 Sədrliyi və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamenti (UNFCCC) tərəfindən dəstəklənib. Tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında başlanacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.

 

Dünyanın, xüsusilə Avropanın iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində tanınmış və təcrübəli futbol klubları “Qarabağ”ın dəvətini qəbul edərək bu əhəmiyyətli toplantıda iştiraklarını təsdiqləyiblər. Tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə idmanın təsiri haqqında geniş müzakirələr aparılacaq və alyansda yer alan tərəfdaş klublar öz təcrübələrini paylaşacaqlar. 

 

Ayın 16-da mavi zonada çıxış olacaq. Sözügedən tədbirə isə “Liverpul”, “Tottenhem”, “Atletiko”, “Udineze” kimi klublar da qatılacaq.


OXŞAR XƏBƏRLƏR

Rusiya üçüncü azərbaycanlını da həbs etdi

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı, Akif Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.   Sfera.az&...

Goranboyda turistləri daşıyan mikroavtobus qəzaya düşdü

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə Goranboy-Ağcakənd olunun rayonun ərazisindən keçən hissəsində qeydə al...

Antalyada yanğın: Bir otel, 3 bina yandı

Türkiyənin Antalya şəhərinin mərkəzində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.   Qala...

Füzulidə gənc oğlan kanalda batıb, axtarışlar gedir - VİDEO

Xəbər verildiyi kimi, Füzuli rayonu, Kərimbəyli kəndində 1 nəfər vətəndaşın suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qayna...

Bir nəfər imtahandan çıxarılıb

29 iyun 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndiril...

Deputat: Rusiya rəhbərliyinin digər xalqlara qarşı daha amansız münasibət sərgiləməsi təəccüblü deyil

Son dövrlər Rusiyada baş verən hadisələr, xüsusilə də azərbaycanlı miqrantlara və qeyri-rus xalqlara qarşı yönələn təzyiqlər, təhqiramiz ritorika və zorakı aksi...