Baş nazir İraq Prezidenti ilə görüşdü

Dünya
13:13 / 12.11.2024
2237
Baş nazir Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
Sfera.az xəbər verir ki, görüşdə COP29-un iqlim dəyişiklikləri ilə mübarizənin gücləndirilməsi baxımından qlobal əhəmiyyəti vurğulanıb.
Azərbaycan-İraq əlaqələrinin müxtəlif aspektləri müzakirə edildi, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.