Con Podesta: ABŞ COP29-dan təsirli nəticələr gözləyir

Con Podesta: ABŞ COP29-dan təsirli nəticələr gözləyir

Son dörd ildə ABŞ iqtisadiyyatında karbon qazı emissiyalarının azaldılması istiqamətində bir sıra irəliləyişlərə nail olunub.

 

Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidentinin İqlim məsələləri üzrə müşaviri Con Podesta COP29-da çıxış edərkən deyib.

 

O, qarşıdakı dövrdə karbon qazı emissiyalarının tənzimlənməsi yolunda fəaliyyətin davamlı olacağına ümid etdiyini vurğulayıb:

 

“Ötən həftə ABŞ-də prezident seçkiləri keçirilib. Lakin buna baxmayaraq, ABŞ-dən olan nümayəndə heyəti iqlim dəyişikliyi ilə mübarizə naminə fəaliyyət göstərmək üçün indi buradadır. Bizim burada danışacağımız məsələlər var. ABŞ olaraq, bu tədbirdən növbəti həftələrdə təsirli nəticələr gözləyirik.

 

Son dörd il ərzində ABŞ iqtisadiyyatında karbon qazı emissiyalarının azaldılması istiqamətində bir sıra irəliləyişlərə nail olunub. Mən ümid edirəm ki, biz karbon qazı emissiyalarının tənzimlənməsi yolunda fəaliyyətimizi davam etdirəcək və əhalinin daha sağlam şəraitdə yaşamasını təmin edəcəyik.

 

2023-cü ildə ABŞ-də istehsal olunan 36 qeqavatt gücündə ekoloji cəhətdən təmiz elektrik enerjisi, yəni yaşıl enerji 20 milyondan çox evin elektrik enerjisi ilə təmin olunmasına kifayət edib”. (Report)


OXŞAR XƏBƏRLƏR

COVID-19-a bənzəyir və mutasiyaya uğraya bilər - TƏFƏRRÜATLAR

Dünyamızda məskunlaşan yüz minlərlə viruslar arasında təhlükəli xəstəliklərin bəzi ştammları son zamanlar kölgədən çıxıb, planet əhalisinin sağlamlığı üçün pote...

Oğlan sinif yoldaşının 53 yaşlı anası ilə evlənir - FOTO

İsamu Tomioka gələcək həyat yoldaşı Midori ilə hələ məktəbdə oxuyarkən tanış olub. Ondan 21 yaş böyük olan qadın onun sinif yoldaşlarından birinin anası olub. B...

İnsanlar niyə təyyarələrə soldan minirlər?

Səyahət zamanı ağlınıza bəzi şeylər gəlir. Bu prosesdə stüardessaların, kabin heyətinin və pilotların təcrübə və təklifləri böyük əhəmiyyət kəsb edir.  ...

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu b...

Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb

  BMT Baş katibi Antoniu Quterreş PKK terror təşkilatının Türkiyədə ömürlük həbsdə olan lideri Abdullah Öcalanın 40 ildən artıq davam edən münaqişənin h...

Tramp Zelenski ilə bağlı dediklərini təkzib etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə b...