"Ermənistan hələ də COP29-da iştirakla bağlı qərar verməyib" - Kostanyan

Siyasət
23:21 / 11.11.2024
8225
Ermənistan hələ də COP29-da iştirakla bağlı qərar verməyib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Ermənistanın bu tədbirdə iştirak edib-etməməsi prosesin dinamikasından asılıdır və indiki məqamda konkret problem müəyyən etməyiblər.
“Hazırda ümumi nizamlanma prosesi ətrafında baş verən hadisələrlə bağlı hər şey şəffafdır və biz əlavə şərhlərə ehtiyac görmürük”, - Kostanyan bildirib.
Firuzə Əliyeva