Bakının şərq və qərb hissələrində yeni tullantı emalı müəssisələri tikiləcək - RƏSMİ

Bakının şərq və qərb hissələrində yeni tullantı emalı müəssisələri tikiləcək - RƏSMİ

""Təmiz Şəhər" ASC-nin növbəti hədəfi Bakıda zibilxanalara göndərilən məişət tullantılarının həcmini azaltmaq, paytaxtın şərq və qərb hissələrində yeni tullantı emalı müəssisələri tikməkdir".

 

Sfera.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində - tədbirin Yaşıl Zonasının açılışında bildirib.

 

Onun sözlərinə görə, tullantıların idarə edilməsində düzgün logistikanı təmin etmək vacibdir.

 

Sədr müavini həmçinin vurğulayıb ki, tullantıların toplanması və daşınması ilə bağlı Bakının Xəzər rayonunun Qala qəsəbəsində pilot layihə həyata keçirilib: "Layihə çərçivəsində tullantıların mənbəyində ayrılması təmin edilir, tullantılar təkrar emal edilə bilən konteynerə yerləşdirilir. Daha sonra tullantıları çeşidləmə müəssisəsinə aparırıq, burada təkrar emal edilə bilən tullantılar ayrılır və elektrik enerjisi istehsalı üçün tullantı idarəetmə müəssisəsinə göndərilir".(Report)


OXŞAR XƏBƏRLƏR

COVID-19-a bənzəyir və mutasiyaya uğraya bilər - TƏFƏRRÜATLAR

Dünyamızda məskunlaşan yüz minlərlə viruslar arasında təhlükəli xəstəliklərin bəzi ştammları son zamanlar kölgədən çıxıb, planet əhalisinin sağlamlığı üçün pote...

Oğlan sinif yoldaşının 53 yaşlı anası ilə evlənir - FOTO

İsamu Tomioka gələcək həyat yoldaşı Midori ilə hələ məktəbdə oxuyarkən tanış olub. Ondan 21 yaş böyük olan qadın onun sinif yoldaşlarından birinin anası olub. B...

İnsanlar niyə təyyarələrə soldan minirlər?

Səyahət zamanı ağlınıza bəzi şeylər gəlir. Bu prosesdə stüardessaların, kabin heyətinin və pilotların təcrübə və təklifləri böyük əhəmiyyət kəsb edir.  ...

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu b...

Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb

  BMT Baş katibi Antoniu Quterreş PKK terror təşkilatının Türkiyədə ömürlük həbsdə olan lideri Abdullah Öcalanın 40 ildən artıq davam edən münaqişənin h...

Tramp Zelenski ilə bağlı dediklərini təkzib etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə b...