Nazir qohumunu öldürən şəxsə hökm oxundu
Cəmiyyət
19:09 / 16.12.2015
967
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1967-ci il təvəllüdlü Eynulla Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib.Prosesdə hökm oxunub. Hökmə görə, Eynulla Hacıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, qətl hadisəsi bu il iyunun 30-da Qusar rayonunun Çiləgir kəndində baş verib. Bakı şəhər sakini, iş adamı 70 yaşlı Ramiz Vəliyev odlu silahla qətlə yetirilib.Hadisə biznesmen Ramiz Vəliyevin Çiləgir kəndindəki villasında baş verib. Eynulla Hacıyev bu villada gözətçi, onun baldızı isə qulluqçu işləyirmiş. İlkin verisiyaya görə, hadisə namus üstə baş verib. Hadisədən sonra Eynulla Hacıyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 29, 120 (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 229.1-ci (odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham isrəli sürülüb.Onu da qeyd edək ki, qətlə yetirilən Ramiz Vəliyev nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olub.