Finlandiya Prezidenti Azərbaycandadır

Siyasət
10:14 / 11.11.2024
8142
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Sfera.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Finlandiya Prezidentini Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.